“Köçkünlərə ayrılan müavinət hazırkı qiymətlərə uyğun hesablanıb”
Tarix: 24.01.2017 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


“Məcburi köçkünlərə ayrılan müavinətin verilmə mexanizmi sadələşib. 2016-cı ildə qəbul olunan qanuna uyğun olaraq, ondan sonrakı dövrdə artıq kommunal xidmətlərin dəyəri məcburi köçkünlərə və bu statusda olan insanlara nağd şəkildə ödəniləcək”.
Bu barədə Azadinform-a iqtisadçı-ekspert Rəşad Həsənov bildirib. Ekspert qeyd edib ki, daha sonra isə istifadə olunan kommunal xidmətlərin müqabilində insanlar özləri ödəniş edəcək: “Düşünürəm ki, ötən gün Prezident tərəfindən verilən fərman məhz bütövlükdə götürdükdə bu istiqamətdə atılan addımlardan biridir. Şaxələndirilmiş formada ödənişlərin həyata keçirilməsi yayınmalara, yeyintilərə gətirib çıxara bilərdi. Bütövlükdə bunların aradan qaldırılması üçün artıq ötən gün verilən fərmanla şərait yaradıldı. Kommunal xidmətlərin dəyəri təxminən hazırkı qiymətlərə uyğun hesablanıb və yemək pulunun üzərinə əlavə edilib. Məbləğ ona uyğun olaraq ayda 1 nəfər üçün 36 manat formalaşıb”.
Ekspert vurğulayıb ki, ümumiyyətlə götürdükdə kommunal xidmətlərin dəyərinin birbaşa olaraq insanlara verilməsi müsbət hal kimi qiymətləndirilə bilər: “O baxımdan ki, ilk olaraq insanların seçim hüququ olacaq. İnsanlar müəyyən mənada öz istifadə etdikləri kommunal xidmətlər üzərində səlahiyyət sahibi olacaq. Onlara ödənilən kompensasiyaların bir qismini ehtiyaclarının ödənişlərinə sərf eləyə bilərlər. Eyni zamanda həmin insanlar üçün göstərilən kommunal xidmətlərin keyfiyyətinin artmasına gətirib çıxaracaq. O baxımdan ki, artıq onlarda digər ölkə vətəndaşları kimi istifadə etdikləri kommunal xidmətin dəyərini birbaşa olaraq bu xidməti göstərən quruma ödəyəcək. Lazım gəldikdə keyfiyyətli xidmət tələb edə biləcəklər. Eyni zamanda bu ona şərait yaradır ki, növbəti dövrdə kommunal xidməti təklif edən qurum yığım səviyyəsinin aşağı olmasını məcburi köçkünlər üçün göstərilən xidmətlə izah etsin”.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info