Deputat: “Fərman zamanında və düzgün atılan addımdır“
Tarix: 24.01.2017 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


"Dünyada mövcud olan iqtisadi böhran nəticəsində ölkədə müəyyən qiymət artımlarını başqa səmtə yönəltməyə çalışırlar. Lakin Prezident İlham Əliyevin son bir neçə gün ərzində həm minimum əmək haqlarının, həm pensiyaların sığorta hissəsinin artırılması, həm də ötən gün məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərmanları göstərir ki, sosial məsələlər, xüsusilə də əhalinin rifah halının yaxşılaşdırılması Dövlət başçısının hər zaman diqqətindədir". Bunu açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu xatırladan millət vəkili qeyd edib ki, ölkəmizdə bu həssas təbəqəyə göstərilən diqqət bu gün də davam etməkdədir: "Bu gün Avropa 200-300 min qaçqının əlində əsir qalıb. Bununla bağlı nə qədər münaqişələr yaranır, sərhədlər bağlanır, həmin ölkələrin daxilində qaçqın və məcburi köçkünlərə münasibət gəginləşir. Lakin Azərbaycan 1988-ci ildən bu prosesin içərisindədir. O zamandan 27  il ötməsinə baxmayaraq, ölkəmizdə olan məcburi köçkünlərin hamısı yerləşdirilib, yaşayış  şəraiti yaxşılaşdırılıb, mənzillərlə təmin edilib, hətta bəziləri fərdi evlərlə təmin olunublar.  Bu o qədər də asan proses deyil. Bütün  çətinliklərə, eləcə də dünyada gedən qlobal iqtisadi böhrana baxmayaraq, ölkə başçısının məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərman imzalaması göstərir ki, məcburi köçkünlərlə bağlı məsələ Dövlət başçısının qarşısında duran ilk məsələlərdəndir və onlara göstərilən qayğı bundan sonra da yaxşılaşdırılmalıdır".
T. Rzayev əlavə edib ki, qaçqınlar respublikanın bütün ərazilərində yerləşdiyi üçün əvvəllər onlara ayrılan xərc və kommunal müavinətlərin ayrılmasında müəyyən mübahisələr yarada bilirdi: "Bu baxımdan cənab Prezidentin fərmanı zamanında və düzgün atılan addımdır".




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info