ƏƏSMN Sosial Rifah Siyasəti və Araşdırma üzrə Avropa Mərkəzi ilə əməkdaşlıq edəcək
Tarix: 24.01.2017 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Əmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyətinin Avstriya Respublikasına səfəri çərçivəsində “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Sosial Rifah Siyasəti və Araşdırma üzrə Avropa Mərkəzi arasında məşğulluq və sosial siyasət sahəsində əməkdaşlıq haqqında Niyyət Məktubu” imzalanıb.
Qeyd edək ki, Niyyət Məktubu Avstriya Respublikasının əmək, sosial iş və istehlakçıların müdafiəsi üzrə nazirliyi və Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair bir sıra məsələlərlə yanaşı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Sosial Rifah Siyasəti və Araşdırma üzrə Avropa Mərkəzi arasında əlaqələrin qurulması və genişləndirilməsi ilə bağlı əldə olunmuş razılığa əsasən imzalanıb.
Niyyət məktubunu nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov və Avropa Rifah Siyasəti və Araşdırma Mərkəzinin icraçı direktoru Kay Leyksenrinq imzalayıblar. Niyyət Məktubunda məşğulluq və sosial siyasət sahəsində əməkdaşlığın genişləndirilməsi və gələcəkdə bu sahələr üzrə birgə layihələrin icrası, habelə strateji sənədlərin hazırlanmasına və qabaqcıl dünya təcrübəsinin öyrənilməsinə dəstəyin göstərilməsi əksini tapır. Sənəddə həmçinin Mərkəz tərəfindən təşkil olunan seminarlarda nazirlik əməkdaşlarının iştirakı, onların aidiyyəti sahələr üzrə biliklərinin artırılması və s. kimi əməkdaşlıq formaları əhatə olunub. Niyyət Məktubu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avropa Rifah Siyasəti və Araşdırma Mərkəzi arasında əməkdaşlığın digər formaları birgə müəyyənləşdiriləcək və gələcəkdə həyata keçiriləcəkdir. Bu məqsədlə Nazirlik və Avropa Mərkəzi arasında daimi əlaqələr və davamlı koordinasiya olacaqdır.
Sosial Rifah Siyasəti və Araşdırma üzrə Avropa Mərkəzi Avropada sosial rifah sahəsində əməkdaşlığı təşviq edən bir qurumdur. Mərkəz sosial rifah, sosial müdafiə, əmək bazarı, sosial xidmətlər, yoxsulluğun azaldılması, demoqrafiya və bir sıra digər sahələr üzrə BMT və müvafiq dövlətlərlə əməkdaşlıq həyata keçirir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info