Köçkünlərlə bağlı dəyişiklik dövlət vəsaitlərinin səmərəli idarə olunmasını təmin edəcək
Tarix: 24.01.2017 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzayıb. Fərmanda deyilir ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət müəyyən edilir.
Hər bir məcburi köçkün ailəsinin minimum 4-5 nəfərdən olduğunu nəzərə alsaq, onda bu məbləğ onların aylıq kommunal ödənişlərini rahat şəkildə ödəməyə imkan verəcək. Dövlət bu yolla həm məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirir, həm də ünvanlılıq məsələsini daha da dəqiqləşdirir
Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, xərc və kommunal müavinətlərin ayrılmasında müəyyən mübahisələr yaranırdı:
“İndiyə qədər büdcədən bu ödənişlərin həyata keçirilməsi mexanizmi fərqli idi. Həmin vəsaitlər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə köçürülür, daha sonra müvafiq dövlət qurumlarına ödəniş həyata keçirilirdi. Bir neçə mərhələdən ibarət olan köçürülmə müəyyən ləngimələrə yol açır, ünvanlılıq pozulurdu. Bundan sonra isə vahid aylıq müavinətin məcburi köçkünlərə çatdırılması mexanizmi daha sadə və ünvanlı olaraq onların öz hesabına köçürüləcək. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinətin müəyyən edilməsi indiyə qədər bu sistemdə mövcud olan problemlərin aradan qalxmasına gətirib çıxaracaq. Çünki mexanizmi sadələşdirir, yayınma hallarının qarşısını alır. Eyni zamanda aylıq məbləğin tərkibində əksini tapan kommunal xidmətlər üçün xərcləri vətəndaş öz sərəncamındakı vəsait kimi idarə edə bilir. Vətəndaş məbləğdən qənaətlə istifadə etməklə xərclərini azalda bilər”.
R.Həsənov deyir ki, dəyişiklik dövlət vəsaitlərinin səmərəli idarə olunması, korrupsiya hallarına yol açılmaması kimi də xarakterizə edilə bilər.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
Monqolustan Azərbaycan peykinin imkanlarından istifadə edə bilər - YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”
24.09.2018
Əli Əhmədov: “Kənd təsərrüfatı ixrac potensialının daha da yüksəlməsinə öz töhfəsini verəcək”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info