Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Tarix: 25.01.2017 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadətlə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Ali Məclisin Sədri qonağı muxtar respublikada görməkdən məmnunluğunu bildirib, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Qərbi Azərbaycan Vilayəti arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini və gediş-gəlişin artdığını diqqətə çatdırıb, bunu qarşılıqlı münasibətlərin göstəricisi kimi dəyərləndirib.
Ali Məclisin Sədri Şahtaxtı-Poldəşt gömrük keçid məntəqəsinin iş saatının artırılmasının və iqtisadi-ticarət əlaqələrinin inkişafının hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb. Ali Məclisin Sədri əlaqələrin inkişafına verdiyi töhfəyə görə Qurbanəli Səadətə təşəkkür edib, münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirib.
Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadət göstərilən diqqətə və səmimi görüşə görə minnətdarlıq edib, Qərbi Azərbaycan Vilayətinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb. Qurbanəli Səadət İranın Qərbi Azərbaycan Vilayətinin iqtisadi inkişafı haqqında məlumat verib, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi imkanlarından danışıb.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom görüşdə iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info