Prosineçki müəmması
Tarix: 25.01.2017 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Xorvatiya millisinin baş məşqçisi Robert Prosineçki "Bursaspor"a gedəcəyi iddialara münasibət bildirib. O, “goal.com”a açıqlamasında qısa müddətdə millimizdən ayrılmağı düşünmədiyini deyib: "Bursaspor"la danışıqlarımız oldu. Ancaq AFFA ilə hələ 1 illik müqaviləm var. Qısa zamanda hər hansı komanda dəyişikliyi etməyəcəm". Xorvatiyalı mütəxəssis həm Azərbaycan, həm də "Bursaspor"u çalışdırması variantı ilə bağlı suala isə belə cavab verib: "Xeyr. Həm Azərbaycan millisində, həm də "Bursaspor"da eyni anda çalışmağın sağlam fikir olduğunu düşünmürəm. Yaxın gələcəkdə Azərbaycanda olacağam". Maraqlıdır ki, "Bursaspor"un prezidenti Ali Ay və klubun futbol şöbəsinin müdiri Yüksəl Çolak danışıqlar apardıqları millimizin baş məşqçisi Robert Prosineçki barədə açıqlama veriblər. A.Ay xorvatiyalı mütəxəssislə ilk danışıqların müsbət keçdiyini bildirib: "Gündəmə gətirilən 20 məşqçidən Mutlu Topçu və Samet Aybaba qaldı. Onlarla danışığım da oldu. Ancaq son olaraq Prosineçki variantının üzərində dayandıq. Xorvatiyalı mütəxəssis 4 dil bilir, hər kəs onun karyerasına bələddir. Azarkeşlərimizin istədiyi oyunu oynadan, istəkli məşqçidi. Klub nümayəndələrindən gələcək cavabı gözləyirik. İlk görüş müsbət keçib”. Çolak isə gecə saatlarına kimi R.Prosineçki ilə danışıqların davam etdiyini söyləyib: “Danışıqlar müsbət gedir. Prosineçki bizə yaxşı davrandı. O, Bursaspor”a gəlmək istədiyini, komandanı və heyəti yaxşı tanıdığını bildirdi. Ancaq onun Azərbaycan millisi ilə müqavilə müddəti davam edir. Yığmadan pis atmosferdə ayrılmaq istəmir. Prosineçki federasiya prezidenti ilə görüşəcək, buradakı missiyasının bitdiyini və ayrılmaq istədiyini bildirəcək. Bir tərslik çıxmasa, Bursaya Prosineçki ilə birlikdə qayıdacağıq”.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
UEFA Avropa Liqası: “Fənərbaxça“ turnirdə mübarizəni dayandırıb
22.02.2019
Azərbaycan Gimnastika Federasiyası “Mükafatlandırılan federasiyalar” siyahısında birinci olub
22.02.2019
Rusiyalı atlet Anjelika Sidorova Almaniyada qış çempionatının qalibi olub
21.02.2019
Dünya futbol ulduzları Bakıya gələcəklər
21.02.2019
Azərbaycan Gimnastika Federasiyası FIG tərəfindən “Mükafatlandırılan Federasiyalar“ siyahısında birinci olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info