Beynəlxalq cinayətlərə dair qanun layihəsi ictimai müzakirəyə çıxarılacaq
Tarix: 25.01.2017 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımı da daxil olmaqla beynəlxalq cinayətləri törədənlərin cəzalandırılmasını əks etdirən yeni “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin son variantı fevralın birinci yarısında ictimai müzakirəyə çıxarılacaq.
Bu barədə Milli Məclis sədrinin müavini, parlamentin insan hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verib. Bahar Muradova qeyd edib ki, beynəlxalq cinayətlər deyəndə soyqırımı, etnik təmizləmə, hərbi cinayətlər nəzərdə tutulur. Xocalı qırğını da bütün bu qeyd olunanların hər birini əhatə edir. Xocalıda baş verən hadisələrə görə Ermənistan rəhbərliyi cavabdehlik daşıyır, onlar cinayət törədiblər. Bu cinayətə beynəlxalq cinayətlərə münasibət baxımından qiymət verilməlidir. Vitse-spiker bildirib ki, vətəndaş cəmiyyəti tərəfindən təqdim olunan qanun layihəsi üzərində iş başa çatmaq üzrədir. Qanun layihəsinin son variantı fevralın birinci yarısında ictimai müzakirəyə çıxarıldıqdan sonra müvafiq rəylərin alınması üçün beynəlxalq təşkilatlara, Azərbaycanın aidiyyəti qurumlarına göndəriləcək və bundan sonra Milli Məclisin gündəliyinə salınacaq.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir
21.02.2019
“Yeni fərman ciddi bir sosial məsələnin həlli istiqamətində atılan addımdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info