“İslam Həmrəyliyi İli” dünyada sülh və əmin-amanlıq üçün yeni “yol xəritəsi” yaradacaq
Tarix: 25.01.2017 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


“Həmrəyliyi İli” elan edilməsi təkcə müsəlman aləmi üçün deyil, bütün dünya üçün tarixi əhəmiyyət daşıyır”.
Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver AZƏRTAC-a müsahibəsində “İslam Həmrəyliyi İli” barədə fikir və mülahizələrini bölüşərkən belə deyib. O qeyd edib ki, Prezident İlham Əliyev nəzəriyyə ilə praktikanı müvəffəqiyyətlə əlaqələndirən təcrübəli dövlət xadimidir. Bu mənada “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə cari ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması bir-birini tam şəkildə tamamlayır. Əminliklə qeyd etmək olar ki, hazırda həm nəzəri, həm də praktik baxımdan İslam dünyasının birliyinə nail olmağa ciddi ehtiyac duyulduğu bir vaxtda irəli sürülmüş bu təşəbbüs dünyada sülhün, əmin-amanlığın bərqərar olunması üçün yeni “yol xəritəsi”nin ortaya çıxmasına tarixi şans yaradacaq. “Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bu təşəbbüs üçün hansı töhfələri vermək imkanındadır” sualını cavablandıran professor Akkan Suver deyib: “Həlli mümkün olmayan bir sıra beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin reallaşmasının əsas səbəbi məhz Azərbaycan-Türkiyə qardaşlıq münasibətləridir. Hər iki tərəf dünyadakı siyasi-iqtisadi proseslərə təsir etmək imkanındadır. Digər tərəfdən, Azərbaycan və Türkiyə zəngin dini ənənələrə malik ölkələrdir. Məhz bu amillərə söykənərək tərəflər “İslam Həmrəyliyi İli” adı altında dünya ictimaiyyətinə təsirli çağırışlar etmək imkanına malikdirlər. Nəzərə almaq lazımdır ki, son illər Azərbaycan bir sıra beynəlxalq forum və konfranslara uğurla ev sahibliyi etməklə siyasi fikir mərkəzi kimi dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bilib. Heç şübhəsiz, həm dünyanın görkəmli siyasi fikir adamları “İslam Həmrəyliyi İli” çərçivəsində görüləcək işlərə, həm də bu sahədə aparılacaq müzakirələrə böyük maraqla diqqət yetirəcəklər”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info