“TAP və “Poseidon“ kəmərləri vasitəsilə Avropaya qaz nəqlini nəzərdən keçiririk”
Tarix: 25.01.2017 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Trans-Adriatik qaz kəməri (TAP) layihəsinin səhmdarı olan İtaliyanın "Snam" şirkəti "Qazprom" konserninin TAP-a qoşulması niyyətini dəstəkləyib. "Kommersant" qəzetinin verdiyi xəbərə görə, İtaliya şirkəti hesab edir ki, "Qazprom"un layihəyə qoşulması TAP-ın ötürücülük qabiliyyəti ikiqat artıra bilər.
 
Ötən gün "Qazprom"un İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedev Vyanada keçirilən konfransda bildirib ki, Rusiyanın dövlət şirkəti TAP və "Poseidon" (Yunanıstanla İtaliyanın qaz nəqli sistemlərini birləşdirən interkonnektor - red.) kəmərləri vasitəsilə Avropaya qaz nəql etməyi nəzərdən keçirir.
 
Şirkət rəsmisi deyib ki, Avropanın qaza olan tələbatını ödəmək üçün "Nord Stream 2" və "Тürk axını" layihələri yetərli olmaya bilər: "Buna görə, biz Cənubi Avropadan olan tərəfdaşlarımızla danışıqlar aparırıq. Danışıqların predmeti "Poseidon" və ТАР layihələrindən istifadədir".
 
Bunun ardınca top-menecer əlavə edib ki, hazırda "Qazprom"un TAP-a qoşulması ilə bağlı konkret təklif irəli sürülməyib.
 
"Snam" şirkətinin rəhəri Paskal de Byuk isə "Qazprom"un TAP-a qoşulmasını dəstəkləyib.
 
Onun müavini Federiko Ermoli isə "İnterfax" agentliyinə açıqlamasında bildirib ki, "Qazprom" TAP-a qoşularsa, kəmərin ötürücülük qabiliyyəti ikiqat artacaq: "Kiçik investisiya hesabına biz kəmərin ötürücülük qabiliyyətini 20 mlrd. kubmetrədək artıra bilərik. Bu, "Poseidon" layihəsinin genişləndirilməsindən daha ucuz başa gələr. TAP-ın hesabına Rusiya qazı İtaliya, Avstriya, Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstana nəql oluna bilər".
 
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Avropaya nəql edəcək TAP boru kəmərinin uzunluğu təxminən 878 kilometrdir. TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TANAP və TAP konsorsiumları arasında tikinti zamanı əməkdaşlığa dair saziş imzalanıb və iki layihənin bir-birinə birləşdirilməsi üçün vacib şərtləri özündə əks etdirir. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə fəaliyyətə başlayacaq TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 mlrd. kubmetrədək artırılması planlaşdırılır. TAP-ın genişləndirilməsi üçün yalnız iki kompressor stansiyasının quraşdırılması məqbul hesab edilir.


Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info