Sərkisyanın andiçmə günü tələbələr yürüş keçirib
Tarix: 09.04.2013 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Ermənistan prezidenti Serj Sərkisyanın andiçmə mərasimi keçirilib. Karen Dəmirçyanın adını daşıyan İdman-konsert kompleksində keçirilən mərasimdə S. Sərkisyan çoxsaylı xarici qonaqlar və deputatlar qarşısında ölkə Konstitusiyası və “İncil” üzərinə əl basaraq növbəti beş il müddətində Konstitusiyanın bütün müddəalarını yerinə yetirməyə, insan və vətəndaş haqlarına hörmətlə yanaşmağa, xalqa xidmət etməyə və Ermənistanın ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etməyə söz verib. Ermənilərin katolikosu II Qaregin S. Sərkisyana xeyir-dua verib. Qeyd edək ki, İrəvanda tələbələr seçkilərdəki saxtakarlığa və yalançı prezidentə qarşı etiraz əlaməti olaraq yürüş keçiriblər. "Armenia Today"in məlumatına görə, polis əməkdaşları İrəvan Dövlət Universitetinin binası yaxınlığında başlayan aksiya iştirakçılarına əraziyə daxil olmağa icazə verməyiblər. Tələbələr ali məktəbin professor və rəhbərliyini aksiya iştirakçılarının önünə çıxmağı tələb ediblər. Bundan sonra universitetin bir neçə müəllimi çıxaraq aksiya iştirakçılarından birini əraziyə dəvət edib. "Biz bu gün bura öz hüquqlarımızı başa düşdüyümüzü və hazırkı yalan vədlərin ölkəyə heç bir nəticə verməyəcəyini deməyə gəlmişik. Biz yalançı prezidentə dözmək niyyətində deyilik. Sizdən qorxmuruq" - deyə aksiya iştirakçıları bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info