Oğuz rayonunun ucqar kəndinə içməli su xətti çəkilib
Tarix: 25.01.2017 | Saat: 15:57:00 | E-mail | Çapa göndər


Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL-2) çərçivəsində Oğuz rayonunun Xaçmazqışlaq kəndində həyata keçirilən “İçməli su xəttinin çəkilişi” layihəsinin icrası başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon mərkəzindən 25 kilometr aralıda yerləşən Xaçmazqışlaq kəndinə içməli su xəttinin ötən əsrin 60-70-ci illərində çəkildiyi bildirilib. Qeyd olunub ki, uzun illər istismarda olduğundan kəndin içməli su təsərrüfatı son vaxtlar tamamilə yararsız vəziyyətə düşmüşdü. Bu da sakinlər üçün müəyyən problemlər yaradırdı. Kənd icmasının müraciəti nəzərə alınaraq, Kənd İnvestisiya Layihəsi çərçivəsində yaşayış məntəqəsinə polietilen borularla 7 min metr uzunluğunda su xətti çəkilib, kollektor qoyulub, 25 kubmetr tutumu olan su anbarı inşa edilib. Layihə baş çatdıqdan sonra Xaçmazqışlaq icmasının 600 nəfərə yaxın əhalisi keyfiyyətli içməli su ilə tam təmin olunub.
Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Su xəttinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info