Prezident Kitabxanasında Əziz Əliyevin anadan olmasının 120 illiyi münasibətilə elektron resurs hazırlanıb
Tarix: 25.01.2017 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Prezident Kitabxanasında görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illiyi münasibətilə hazırlanan elektron resursun təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Oxu zalında təşkil edilən “Əziz Əliyev-120” sərgisi ilə tanış olublar. Kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, Əziz Əliyevin Azərbaycanın dövlətçilik və elm tarixində özünəməxsus yeri var: “İxtisasca həkim olan Əziz Əliyev tibb elminə və səhiyyə sahəsinə sanballı töhfələr verib. Yüksəlişinin qarşısını almaq üçün o, repressiyaya məruz qoyulsa da, tutduğu yüksək vəzifədən uzaqlaşdırılsa da, sonradan bəraət almış, yenidən tibb sahəsində yeni-yeni uğurlara imza atıb. Harada işləməsindən, hansı sahəyə rəhbərlik etməsindən asılı olmayaraq Əziz Əliyev öz ölkəsinə, xalqına və sənətinə sədaqət nümunəsi göstərib”.
M. Əhmədov qeyd edib ki, Əziz Əliyevin anadan olmasının 120 illik yubileyi ilə bağlı Azərbaycan prezidentinin sərəncamına əsasən, müxtəlif tədbirlər həyata keçirilir: “Bu gün təqdim edilən “Görkəmli dövlət və elm xadimi Əziz Əliyev (1897-1962)” elektron resursu Əziz Əliyevin həyat və fəaliyyətini, onun zəngin irsini öyrənənlərə Prezident Kitabxanasının töhfəsidir. Resursda materiallar 9 bölmədə qruplaşdırılıb. Elektron nəşr Azərbaycan və rus dillərində hazırlanıb”.
Kitabxananın direktoru əlavə edib ki,http://azizaliyev.preslib.az/domenində yerləşdirilən “Görkəmli dövlət və elm xadimi Əziz Əliyev (1897-1962)” elektron resursu yeni materiallar əldə edildikcə daha da zənginləşdiriləcək.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Azərenerji” xüsusi rejimdə işləyəcək
16.01.2019
Sosial sığınacaqlar gücləndirilmiş iş rejimində işləyəcək
16.01.2019
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb
16.01.2019
Hava şəraiti ilə bağlı işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir
16.01.2019
Seymur Mövlayev Aqrar Xidmətlər Agentliyinin sədri təyin edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info