Külli miqdarda xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb
Tarix: 25.01.2017 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə külli miqdarda xarici valyutanın ölkə ərazisindən bəyan etməməklə çıxarılmasına cəhdin qarşısını alıblar.
 
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-İstanbul və Bakı-Moskva aviareysləri ilə getmək istəyən Türkiyə və Rusiya vətəndaşları gömrük nəzarəti zonasına daxil olarkən mütləq qaydada bəyan etməli olduqları xarici valyutanı əvvəlcədən gömrük orqanına təqdim etməyiblər. Lakin hər iki vətəndaşın yükü rentgen aparatından keçirilərkən monitorda kağız pula bənzər təsvirlər göründüyü üçün onlar gömrük əməkdaşları tərəfindən saxlanılıblar.
 
Türkiyə vətəndaşı sorğu-sual edilən zaman əl yükündə xarici valyutanın olmadığını bildirsə də, yoxlama zamanı ona məxsus bel çantasında sellofan paketə yığılmış geyim əşyalarının arasında olan üç ədəd corabın içərisindən 234 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 23 400 dollar aşkar edilib. Şəxsi yoxlama zamanı isə həmin vətəndaşın şalvarının cibindən 16 ədəd, paltosunun cibindən isə 33 ədəd - hər biri 100 dollar nominalında əsginaslar olmaqla, cəmi 4 900 dollar aşkar olunub.
 
Öz növbəsində, Rusiya vətəndaşına məxsus çamadanın yoxlanılması zamanı, orada olan gödəkçənin cibindən 260 ədəd - hər biri 100 dollar nominalında əsginaslar olmaqla, cəmi 26 000 dollar aşkar edilib. Bundan sonra isə vətəndaş özü şalvarının cibindən 10 ədəd - hər biri 100 dollar nominalında əsginasları çıxararaq təqdim etməli olub.
 
Beləliklə, sözügedən şəxslərdən əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan cəmi 55 min 300 ABŞ dolları aşkar edilərək protokol əsasında götürülüb.
 
Hər iki faktla bağlı araşdırma aparılır.

Fuad







 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info