Ağcabədidə vergi ödəyicilərinə xidmət mərkəzi istifadəyə verilib
Tarix: 25.01.2017 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


Yanvarın 25-də Ağcabədidə 8 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət mərkəzi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Vergilər Nazirliyinin məsul şəxslərinin, sahibkarların və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi açılış mərasimində vergilər nazirinin müavini Sahib Ələkbərov vergilərin könüllü ödənilməsi sisteminin gücləndirilməsi, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması, vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi və daha əlçatan olması məqsədilə Vergilər Nazirliyi tərəfindən regionlarda, xüsusilə vergi orqanı olmayan iri şəhər və rayonlarda vergi ödəyicilərinə xidmət mərkəzlərinin yaradıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, hazırda respublikada müasir standartlara cavab verən 57 belə xidmət mərkəzi fəaliyyət göstərir. 8 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsinə daxil olan Beyləqan və İmişli rayonlarında da bu cür xidmət mərkəzi mövcuddur.
Dövlətimizin başçısı İlham Əliyevin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamına toxunan S.Ələkbərov bildirib ki, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması məqsədilə vergi sistemində islahatların davam etdirilməsi, ölkədə könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunması nəzərdə tutulur. Bu istiqamətdə görülən işlər çərçivəsində intizamlı vergi ödəyiciləri üçün “yaşıl dəhliz” prinsipi əsasında şəffaf vergi partnyorluğu münasibətlərinin qurulması, onlara göstəriləcək xidmətlərin yüksək səviyyədə təşkili əsas məsələlərdəndir.
Yeni istifadəyə verilən xidmət mərkəzində sahibkarlara vergi uçotuna alınmaq, vergi qanunvericiliyinin tətbiqi, vergi bəyannamələrinin tərtib edilməsi və göndərilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılmasına dair xidmətlər göstəriləcək. Burada müraciət edənlərə büdcəyə olan borclarının öyrənilməsi və öz şəxsi vərəqələrinə nəzər salmaq imkanı da yaradılıb. Həmçinin sahibkarlıq fəaliyyətinə yeni başlayanlara təlimlər də təşkil olunacaq. Sabit vergi ödəyən fiziki şəxslər sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzi də xidmət mərkəzindən əldə edə biləcəklər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info