“Aura” sağlamlıq mərkəzi hər kəs üçün ideal məkandır
Tarix: 25.01.2017 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Ötən həftə sonu Bakıda yerləşən “Excelsior Hotel Baku” otelinin “Aura” sağlamlıq mərkəzinin xidmətlərindən yararlanmaq imkanı əldə etdik. Bu barədə təəssüratlarımızı oxucularla bölüşmək maraqlı olardı.
Öncə qeyd edək ki, Heydər Əliyev prospekti 2 ünvanında fəaliyyət göstərən 5+ ulduzlu “Excelsior Hotel Baku”nun turizm sektorunun inkişafında özünəməxsus yeri var. Şəhərin işgüzar mərkəzinin yaxınlığında yerləşən “Excelsior Hotel Baku”dan biznes, ticarət və əyləncə mərkəzlərinə asanlıqla getmək olur, Heydər Əliyev Beynəlxalq Hava Limanı isə buradan sadəcə 10 dəqiqəlik məsafədədir. “Shuttle” xidməti göstərən “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər otelə və eləcə də “Aura”ya gələn qonaqların xidmətindədir. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında “Excelsior Hotel Baku” otelinin qarşısından qonaqları “Park Bulvar”a və ilk turu səhər 09.00-dan başlamaqla hər saatda “Park Bulvar”ın qarşısından “Excelsior Hotel Baku” otelinə aparır. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub.
“Aura” sağlamlıq mərkəzinə daxil olduqda isə tamamilə xoş aura ilə əhatələnmiş olursunuz. Belə ki, burada olduqca yüksək səviyyəli istirahət etmək və idmanla məşğul olmaq üçün hər cür imkanlar yaradılıb. Mərkəz səhər saat 06.00-dan axşam saat 22.00-22.30-a qədər fəaliyyət göstərir. Bu müddət ərzində müştərilər istədikləri kimi istirahət edə və idmanla məşğul ola bilərlər. Mərkəzə gələnlərə dəsmallar, xalat, nəleyin və kosmetik vasitələr verilir. Mərkəzdə tam təmizlik, səliqə, komfort hakimdir. Mehriban, qayğıkeş xidməti personal isə işinin öhdəsindən peşəkarca gəlir.
Məlumat üçün bildirək ki, “Aura” Sağlamlıq Mərkəzinin ümumi sahəsi 5 min kvadratmetrdən artıqdır. Mərkəz 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə istirahət otaqları yerləşir. Qadınlar və kişilər üçün bu otaqlar ayrı-ayrılıqda nəzərdə tutulub. Bu mərtəbədə qadın və kişilər üçün ayrı-ayrılıqda sauna, türk hamamı, duş kabinələri, bağlı yerdə olimpiya standartlarına uyğun üzmə hovuzu, həmçinin açıq mərtəbədə, mərkəzin həyətində açıq yay hovuzu fəaliyyət göstərir. İçəridəki hovuzun uzunluğu 25 metr, dərinliyi 1 metr 70 santimetrdir. Burada müştərilər üzgüçülük dərsləri keçən peşəkar məşqçi xidmətindən də yararlanırlar.
İkinci mərtəbədə yerləşən geniş fitness zalının pəncərələri hovuza baxır. Bu isə müştərilərə intensiv və effektli məşq etmək üçün daha çox enerji verir. Yüksək texnologiya ilə təchiz edilmiş fitness zalında bütün qrup əzələləri möhkəmləndirmək üçün çoxlu sayda müasir trenajorlar quraşdırılıb. Trenajorlar o qədər çox və zal o qədər geniş və rahatdır ki, burada idmanla məşğul olmaq üçün hər hansı növbə gözləməyə ehtiyac yoxdur. Hər bir üzv və ya qonaq vaxt itirmədən istədiyi trenajordan rahatca yararlana bilir. Bu baxımdan “Aura”nın fitness zalı idmanla məşğul olmaq və sağlamlığı gücləndirmək üçün ideal məkandır. Bundan başqa, qonaqlar kardio zonadakı trenajorlarda quraşdırılmış displeylərdə 30-a qədər televiziya kanalına baxa bilirlər. Həmin mərtəbədə boks zalı fəaliyyət göstərir və orada peşəkar məşqçi tərəfindən boks dərsləri keçilir.
Üçüncü mərtəbədə isə cədvələ uyğun yoqa, pilates, aerobika dərsləri keçilir. Yoqa müəllimi çox peşəkar və tanınmış mütəxəssisdir. Ondan dərs almağa xeyli sayda xanımlar gəlirlər. Həmçinin, bel ağrıları və xəstəlikləri olan xanımlar da müalicə almaq üçün yoqaya müraciət edir. Bu isə artıq müalicəvi yoqadır. Burada açıq tennis və qapalı skvoş kortundan əlavə stolüstü tennis var. Bütün bunların hamısı bir yerdə 5 ulduzlu hotellərin SPA mərkəzlərində yoxdur. Daha bir unikallıq isə burada açıq hovuzların olmasıdır ki, bu da əksər 5 ulduzlu otellərdə yoxdur. Hoteldə təmizlik, gigiyena və sağlamlığa ciddi fikir verilir. Hovuzların suyu tez-tez dəyişdirilir. Bu baxımdan otel sağlamlığa və təmizliyə aid ən yaxşı xidmətləri təklif edir və müştərilərin xoş və sağlam istirahət etmələrinin qayğısına qalır.
Mərkəzin Spa-otaqlarında massajın müxtəlif növləri təklif edilir. 3 xanım terapist müxtəlif massaj üsullarını peşəkarca müştərilər üçün tətbiq edir. Buraya həm istirahət, həm idman, həm də müalicəvi massajlar aiddir. Bundan başqa ekspress massaj xidməti göstərilir. Yəni yalnız beliniz ağrıyırsa, məhz bel nahiyəsi massajını sifariş vermək istəyirsinizsə, bu mümkündür. Bundan başqa, üz və dəriyə qulluq xidmətləri də göstərilir. Onu da demək lazımdır ki, mərkəzdə müştərilər müxtəlif yemək və içkilərlə, hansısa idman ləvazimatlarını əldə etməklə bağlı sifarişlər verə bilərlər. Mərkəzin daxilində yerləşən və səhər saat 8:00-dan axşam 22:00-dək açıq olan “Vitality Bar”da da müştərilərə çox gözəl salatlar, balanslı qida və vegetarian yeməkləri təklif edilir. Bu cür sadə yeməklər təzə sıxılmış meyvə suları, evdə hazırlanmış südlü kokteyllər kimi təzə inqredientlər və ekoloji təmiz, sağlıqlı alternativlərlə birlikdə verilir. Yay mövsümlərində isə “Hovuzkənarı bar”da müxtəlif qəlyanaltı və manqal yeməkləri təqdim olunur. Barın rahatladıcı atmosferində müştərilər istirahətlərini öz istədikləri kimi qura bilərlər.
Bundan başqa resepşn bölməsinin yanında fəaliyyət göstərən idman mağazasından lazımi idman ləvazimatlarını sifariş etmək olar.
Onu da öyrəndik ki, Mərkəzdə müştərilər üçün hər ay endirim aksiyaları keçirilir. Bu və digər üstün keyfiyyətlər Mərkəzin daimi müştəri kontingentinin sayını daha da artırmasını təmin edib. Çünki biz də şahidi olduq ki, müştərilərə arzuladıqları istənilən şərait yaradılır və onların istər fərdi, istərsə də ailəvi istirahətləri yüksək səviyyədə təmin edilir. Mərkəzin həyata keçirdiyi endirim və güzəşt aksiyalarında daha çox xanımlara yer ayrılması da diqqət çəkir. Burada qadınlar, xüsusilə də uşaqlı qadınlar üçün illik üzvlük haqqı kişilər üçün olan üzvlük haqqından xeyli ucuzdur. 5 yaşadək uşaqlara isə giriş ödənişsizdir. Eləcə də uşaqlar üçün boks və üzgüçülük dərslərindən də çox yaxşı bir şəkildə yararlanmaq mümkündür, uşaqlara aid bütün xidmətlər isə endirimlidir.
Bir sözlə, “Excelsior Hotel Baku” otelinin “Aura” sağlamlıq mərkəzi sağlamlığının və istirahətinin qədrini bilən hər bir insan üçün olduqca ideal və rahat bir məkandır. Buranın şəhərin çox əlverişli və rahat gedilə bilən bir hissəsində yerləşməsi, eləcə də digər şəhər otellərində, istirahət və sağlamlıq mərkəzlərində çatışmayan bir sıra özəlliklərin, üstünlük göstəricilərinin məhz bu məkanda mövcudluğu da seçim üçün məhz “Aura”nı nişan vermiş olur...

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info