Azexport.az portalına daha 40 şirkət cəlb olunub
Tarix: 25.01.2017 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, mərkəzdə 40-a yaxın yerli istehsalçı şirkətlərin nümayəndələri ilə görüş zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda son dövrlərdə aparılan iqtisadi islahatlar, eləcə də biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
O Azərbaycanda istehsal olunan yerli məhsulların vahid məlumat bazası olan Azexport.az portalının məqsədi, texniki imkanları barədə şirkət rəhbərlərinə məlumat verib. Vüsal Qasımlı əlavə edib ki, yeni portal xüsusən kiçik və orta sahibkarların işini asanlaşdıracaq.
Qeyd edək ki, Azexport.az portalına məlumatların daxil edilməsi prosesi davam edir. Görüş zamanı şirkət nümayəndələrinə həmçinin Azexport.az portalına məlumatların daxil edilməsi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, Azexport.az-ın funksionallığını artırmaq üçün bura iri logistik şirkətlər, ödəniş sistemləri cəlb edilib. Həmçinin dünya miqyasında önəmli yer tutan elektron ticarət portalları ilə əməkdaşlıq edilir.
Daha sonra Azexport.az-ın hazırlanmasında məsul olan icraçılar yerli istehsal olan məhsullar haqqında məlumatların portala daxil edilmə yollarını şirkət nümayəndələrinə izah ediblər və bununla bağlı onların suallarını cavablandırıblar.
Növbəti mərhələdə portaldan istifadə və ixrac imkanlarının təşviqi ilə bağlı yerli icra hakimiyyətlərində görüşlər keçirmək məqsədilə bölgələrə səfərlər təşkil olunacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19.04.2019
Qış havası olacaq: şimşək çaxacaq, yağış yağacaq, qar yağacaq...
19.04.2019
Hacıqabulda avtobus istehsalı zavodunun təməli qoyuldu
19.04.2019
İlin ilk iki ayında Azərbaycanla İranın ticarət dövriyyəsi 4,5 dəfə artıb
19.04.2019
SOCAR ilə BP “Azəri Mərkəzi Şərqi” layihəsi üzrə investisiya qərarı imzalayıblar

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info