“Müxalifətin vahid namizəd məsələsi mümkünsüzdür”
Tarix: 09.04.2013 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Sosial-Demokrat Partiyası (ASDP) qarşıdan gələn prezident seçkilərində müxalifətin vahid namizədlə iştirakını mümkünsüz sayır. "Vahid namizəd olmayacaq, bunlar hamısı boş şeydir. Onların şəxsi ambisiyaları ağıllarından çoxdur" - deyə “Trend”ə ASDP sədri Araz Əlizadə deyib.
Bu baxımdan o qeyd edib ki, rəhbərlik etdiyi partiya heç bir siyasi blokda, birlikdə iştirak etməyəcək. Partiya sədri seçkilərdə öz namizədləri ilə iştirak edəcəyini diqqətə çatdırıb: "Biz qərara almışıq ki, prezident seçkilərində öz namizədimizlə iştirak edəcəyik. Namizədin kim olacağını hələ müəyyən etməmişik". A.Əlizadənin sözlərinə görə, partiya qurultayının qərarına əsasən, əgər partiyanın namizədi qeydiyyata alınmasa, o zaman partiya üzvləri öz seçimlərində azaddırlar, yəni kimə istəyərlər, ona da səs verərlər: "Hələlik biz imzanın necə toplanması, müşahidəçiliyin necə aparılması barədə treninqlər keçiririk".




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25.05.2019
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25.05.2019
ABŞ Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə növbəti bəyanat verilib
24.05.2019
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24.05.2019
MN: Ermənilər məruz qaldıqları uğursuzluğu absurd bəyanatlarla ört-basdır etməyə çalışırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info