“Məcburi köçkünlərin sosial problemlərinin həllinə yönələn bu addım çox təqdirəlayiqdir”
Tarix: 26.01.2017 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Ramiz Alıyev:“Karta nağd pul şəklində ödəniləcək vəsaitlə kommunal xərcləri ödədikdən sonra qalan vəsaiti digər problemlərə sərf edə biləcəklər”

Xəbər verildiyi kimi, yanvarın 23-də Prezident İlham Əliyev tərəfindən dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı fərman imzalanıb. Bu fərman qeyd olunan kateqoriyadan olan ailələr üçün çox müsbət tədbirlərdəndir.
Dövlət başçısının bu fərmanı ictimaiyyət tərəfindən də müsbət qiymətləndirilib. Politoloq Ramiz Alıyev bildirdi ki, cənab Prezidentin məcburi köçkünlərə aylıq müavinət miqdarı müəyyən etməsi ilə bağlı fərmanın əhəmiyyəti olduqca böyükdür: “Belə ki, bu fərmana əsasən həmin imtiyazlı şəxslərə aylıq olaraq nəzərdə tutulmuş kommunal limitləri nağd pul şəkilində vətəndaşın birbaşa özünə ödəniləcək. Bununla da həmin vətəndaşlar dövlətin onlara ayırdığı nağd müavinətlə daha asan formada və heç bir başqa vasitəçi dövlət orqanı olmadan öz kommunal xərclərini ödəyə biləcək. Bununla da məcburi köçkünlərin kommunal xərcləri ilə bağlı hansısa dövlət orqanı arasında anlaşılmazlıqlar aradan qalxacaq. Həmçinin bürokratik əngəllər aradan qalxacaq, müxtəlif idarələrdən məcburi köçkün olmaqla bağlı toplanan arayışlara ehtiyac olmayacaq”. Ramiz Alıyevin fikrincə, ən vacib məqam həmin imtiyazlı vətəndaşlara ayrılan karta nağd pul şəkilində ödəniləcək deyə, aylıq sərf etdikləri kommunal xərclərini ödədikdən sonra qalıq vəsaiti digər problemlərinə sərf edə biləcəklər: “Azərbaycan dövlətinin və şəxsən cənab Prezidentin belə bir dövrdə, yəni dünyanın hər yerində baş verən iqtisadi problemlərin baş verdiyi tarixdə məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəlmiş olan bu addımı çox təqdirəlayiqdir. Bu onu göstərir ki, Prezident hər zaman olduğu kimi, yenə də əhalinin sosial rifahının yaxşılaşdırılması üçün real addımlar atır”.
Xatırladaq ki, Nazirlər Kabineti “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nı təsdiq edib. Qaydaya əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin ödənilməsinin ümumi qaydaları da açıqlanıb.
Ramiz Alıyev Nazirlər Kabinetinin bu qərarını dövlətin məcburi köçkünlərə göstərilən diqqətinin bariz nümunəsi kimi qiymətləndirdi: “Bu qaydalar Prezidentin adıçəkilən fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb. Burada məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydaları müəyyən edilib. Ümumi götürsək, bu qaydaların təsdiqlənməsi bir daha onu göstərir ki, Azərbaycan dövləti sosial yönümlü siyasət yürdür”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info