Qaradağ rayonu ilə Çinin Yeni Cinpu rayonu arasında memorandum imzalanıb
Tarix: 26.01.2017 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Van Da Şinq: “Ç in hökuməti qədim İpək Yolu üzərində yerləşən ölkələrlə bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır”

Bakı şəhəri Qaradağ Rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun rəhbərlik etdiyi nümayəndə heyəti Cinin Dalyan şəhəri Yeni Cinpu rayonunda işgüzar səfərdə olub. Qaradağ Rayon İcra Hakimiyyətindən bildiriblər ki, səfər zamanı Yeni Cinpu rayonu Sənaye və Ticarət Palatasının sədri xanım Can Şi Xunq, Sahibkarlığın İnkişafı Konfederasiyasının sədri Van Çinq Kuan və Ticarət Komitəsi katibinin müavini Pinq Yuan ilə görüş keçirilib.
Görüşdə Sahibkarlığın İnkişafı Konfederasiyasının sədri Van Çinq Kuan və Sənaye və Ticarət Palatasının sədri xanım Can Şi Xunq Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində keçiriləcək ikitərəfli görüşlərin yaxın gələcəkdə ölkələrimiz arasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinə böyük təkan verəcəyinə əminliklərini bildiriblər. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov aparılan görüşlərin ölkələrimiz arasında qarşılıqlı iqtisadi və mədəni əlaqələrin inkişafına müsbət təsir edəcəyini deyib. S.Mikayılov Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin qədim tarixə malik olduğunu vurğulayıb. Qeyd olunub ki, Çinin Dalyan şəhərinə və Yeni Cinpu rayonuna işgüzar səfərin əsas məqsədi rayonun iqtisadi və sənaye potensialı, həmçinin mədəniyyəti ilə tanışlıq, ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi və investisiyaların cəlb edilməsidir. Sonra Çinin Dalyan şəhəri Yeni Cinpu və Bakı şəhərinin Qaradağ rayonları arasında “Qarşılıqlı İqtisadi Əlaqələr və İnvestisiyaların Təşviqi”nə mövzusunda tədbir keçirilib. Yeni Cinpu rayonu Ticarət Komitəsinin katibi Van Da Şinq deyib ki, Çin hökuməti qədim İpək Yolu üzərində yerləşən ölkələrlə sıx dostluq əlaqələrinin qurulmasına və bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır. Bu məqsədlə çinli iş adamları Azərbaycan ilə bütün sahələrdə qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinə böyük maraq göstərirlər. İnvestisiyaların təşviqi və iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar mövcuddur. S.Mikayılov Azərbaycanda yaradılan əlverişli biznes mühitindən danışıb, çinli iş adamlarını ölkəmizə investisiya yatırmağa dəvət edib. Görüşdə Yeni Cinpu rayonunun Sahibkarlığın İnkişafı Konfederasiyası ilə Qaradağ Rayonu İcra Hakimiyyəti arasında qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi, xarici investisiyaları və yeni innovasiyalar tətbiq etməklə Azərbaycanda istehsal və xidmət sahələrinin yaradılması və genişləndirilməsi məqsədilə memorandum imzalanıb. Yüzdən artıq çinli iş adamının iştirakı ilə keçirilən görüşdə sahibkarların çoxsaylı sualları cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info