Avrokorpusun bazasında NATO-ya alternativ hərbi birlik yaradılır
Tarix: 26.01.2017 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Bruno Qolniş: “Milli cəbhə”nin məqsədi ölkənin müstəqilliyinin bərpa olunmasıdır. Alyansa üzv qalmaq üçün heç bir səbəb görmədiyimizdən, NATO-nu tərk etməyi düşünürük”

Fransada keçiriləcək prezident seçkilərinin nəticələri Avropa İttifaqının gələcək taleyi və ABŞ-la münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir. Hakim Sosialistlər partiyasından savayı digər siyasi qüvvələr artıq namizədlərini müəyyən ediblər. Sosialistlərin nümayəndəsi olan prezident Fransua Ollandın reytinqinin minimum səviyyədə olması bu partiyanın namizədinin kimliyinin o qədər də əhəmiyyət daşımadığını təsdiqləyir.

Fransanın prezidentliyə namizədləri NATO əleyhinə mövqedə birləşir

Fransua Fiyon və Mari Le Penin namizədliyi dəqiqləşib. Sağ cəbhənin əsas tələbi ölkənin NATO-dan imtina etməsidir. Maraqlıdır ki, artıq solçular da eyni mövqeni bölüşməyə başlayıb. Namizədlərin iştirak etdiyi teledebata qatılan mümkün namizədlərdən biri Fransua de Ryuji bəyan edib ki, NATO-nun yerinə Avropanın yeni hərbi birliyi təsis olunmalıdır. Onun sözlərinə görə NATO bütün halda dağılacaq. Artıq Avrokorpusun bazasında NATO-ya alternativ hərbi birlik yaradılması məsələsi geniş müzakirə edilir. Sosialistlərlə yanaşı, onların opponentləri də NATO-ya alternativ birlik yaradılması ideyasına dəstək verməyə başlayıb. “Demokratlar və müstəqillər ittifaqı” hesab edir ki, Brüsselin hərbi məsələlərdə Vaşinqtondan çox asılı olması Avropa İttifaqının siyasi mövqeyini zəiflədir. “NATO-nun mövcudluğu ABŞ-a sərf edir. Məsələ ondadır ki, alyansa üzv olan Avropa İttifaqı üzvləri silahlarının 80 faizini ABŞ-dan alırlar. Buna görə də Brüssel ABŞ-dan tam asılı vəziyyətdədir.

Fransalı senator: “Avropa İttifaqı üzvləri silahlarının 80 faizini ABŞ-dan alır. Buna görə də Brüssel ABŞ-dan tam asılı vəziyyətdədir”

Amma biz müstəqil müdafiə təşkil edə bilmək haqqında düşünməliyik. Başa düşürük ki, bu, çox çətin və uzun yoldur. Əgər biz NATO-da qalacağıqsa, onda alyansın səlahiyyətləri və imkanları genişlənməlidir” - deyə fransalı senator, “Demokratlar və müstəqillər ittifaqı”nın üzvü İv Poçço Di Borqo “İzvestiya” nəşrinə açıqlamasında deyib. Avropa İttifaqının ümumavropa hərbi qüvvələrinin (Avrokorpus) təmsilçisi, polkovnik Dalmu bildirib ki, qitə paytaxtlarında NATO-ya alternativ olacaq hərbi birliyin yaradılması məsələsi müzakirə edilir: “Avropa bu məsələni çoxdan müzakirə edir. “Brexit”dən sonra məsələ yenidən aktuallıq qazanıb. Avrokorpus 5 dövlət- Almaniya, Fransa, Belçika, Lüksemburq və İspaniyanın xarici, müdafiə nazirliklərinin nümayəndələrinin qatıldığı Birləşmiş Komitəyə tabedir. Biz, hələlik Avropa İttifaqına tabe deyilik, amma siyasətçilər qərar verərlərsə, formatda dəyişiklik ola bilər”. “Milli cəbhə” təmsilçisi Bruno Qolniş əmindir ki, Fransanın NATO üzvü kimi qalması üçün heç bir səbəb yoxdur: “Milli cəbhə”nin məqsədi ölkənin müstəqilliyinin bərpa olunmasıdır. Biz, əsasən NATO və ABŞ-dan asılı olan Fransanın müstəqilliyini bərpa etməliyik. Alyansa üzv qalmaq üçün heç bir səbəb görmədiyimizdən, NATO-nu tərk etməyi düşünürük”. Təkcə fransalı siyasətçilər NATO-nu köhnəlmiş təşkilat hesab etmir. ABŞ dövlət başçısı Tramp da NATO-nun vacib, amma köhnəlmiş təşkilat olduğunu açıqlayıb. Fransanın baş naziri Bernar Kaznev Trampın bu açıqlamasından sonra bunları demişdi: “Avropa resursları, Avropa investisiyası ilə Avropa müdafiə sisteminin yaradılması çox vacibdir. Bu sistem Avropa İttifaqının və ora daxil olan xalqların müstəqilliyini təmin edəcək”.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Fransada “sarı jiletlilər” aksiyasının 15-ci mərhələsi baş tutub
23.02.2019
Hindistanda tikiş fabrikində partlayış nəticəsində azı 10 nəfər ölüb
23.02.2019
Venesuelada ordu ilə yerli xalq arasında toqquşma
23.02.2019
Çində ağır yol qəzasında 20 nəfər ölüb, 30 nəfər yaralanıb
23.02.2019
Nigeriyada prezident və parlament seçkiləri keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info