Moskva və Dəməşq Astana görüşünün nəticələrindən razıdır
Tarix: 26.01.2017 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Andrey Klimov: “Biz yeni format üzərində işləməyə başlamışıq”

Astanada Suriya nizamlanması ilə bağlı keçirilən toplantı yekun kommünikenin qəbulu ilə başa çatıb. Doğrudur, müxalifət nümayəndələri sənədə imza atmaqdan imtina etsələr də yeni Suriya konstitusiya layihəsi təqdim edilib. Rəsmi Moskva Suriya hakimiyyəti və onların opponentlərinin, eyni zamanda Rusiya, Türkiyə və İran nümayəndələrinin bir araya gəlməsini böyük uğur kimi dəyərləndirib.
Dəməşq də Astana konfransında ümumi məqsədlərə nail olunduğu etiraf edilib. Astana konfransında Suriya münaqişəsinin nizamlanmasında hakimiyyət və müxalifət arasında danıçıqlar aparılması uğur kimi dəyərləndirilə bilər. Unutmaq lazım deyil ki, tərəflər artıq altı ildən artıq idi ki, bir-biri ilə müharibə aparır. Konfransın uğurla yekunlaşması ölkənin öz normal həyatına qayıtmasına az da olsa ümidlər açır. “İzvestiya” nəşrinə açıqlama verən Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr kKomitəsinin sədr müavini Andrey Klimov deyib ki, münaşiqə tərəflərinin bir masa ətrafına toplaşması böyük nailiyyətdir: “Biz yeni format üzərində işləməyə başlamışıq. Bu aydın məsələdir ki, Suriya hakimiyyət nümayəndələri ilə danışıqlar aparan müxalifət nümayəndələrinin arxasında minlərlə silahlı döyüşçü dayanır. Bizim əsas və başlıca məqsədimiz atəşkəsə nail olmaqla, gələcəkdə siyasi məsələlər üzrə dialoqa başlamaqdır. Buna nail olmaq üçün ölkədəki real vəziyyətə təsir edənlərlə iş aparılmalıdır. Əlbəttə ki, bu danışıqlarda “İŞİD” istisnadır”.

Suriyalı deputat: “Rusiya, Türkiyə və İranla prinsipial razılaşmalar əldə edilib”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Suriya münaqişəsi ilə bağlı Astana danışıqları uğurlu olub: “Kreml ümid edir ki, danışıqların nəticələri Cenevrə prosesi çərçivəsində əlaqələri bərpa edəcək. Sözsüz ki, bu, uğurdur. Cenevrə prosesinə böyük dəstək təmin edilib. Ümid edirik ki, Astana görüşünün yekunları Cenevrə prosesi çərçivəsində əlaqələrin bərpa olunmasına kömək edəcək. Maraqlı tərəflərin görüşməsi faktı olduqca müsbətdir və Kreml tərəfindən də müsbət qəbul olunur”. Rəsmi Dəməşq də konfransın yekunları yüksək qiymətləndirib. Bu barədə “İzvestiya” nəşrinə suriyalı deputat Aşvak Abbas açıqlama verib: “Görüşün başlıca məqsədlərindən biri barışığın möhkəmlənməsi , atəşkəsə nəzarət etmək üçün mexanizm yaradılması idi. Bu məsələlərlə bağlı Rusiya, Türkiyə və İranla prinsipial razılaşmalar əldə edilib. Bu baxımdan Astana görüşünün yekununu müsbət qiymətləndirmək olar. Silahlı qruplar atəşkəs rejiminin güclənəcəyi təqdirdə, onların rolunun sıfıra enəcəyini yaxşı anlayırlar”. Onu da qeyd edək ki, cümə günü Moskvada Suriya müxalifətinin nümayəndələri ilə Rusiya xarici işlər naziri Sergey Lavrovun görüşü keçiriləcək. Görüşdə Suriya müxalifətinin bütün dairələrinin iştirakı gözlənilir. BMT baş katibinin xüsusi nümayəndəsi Steffan de Mistura və ABŞ-ın Qazaxıstandakı səfiri Con Krolun da görüşə qatılacağı nəzərdə tutulub.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info