Azərbaycan nümayəndə heyəti İranda səfərdədir
Tarix: 26.01.2017 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


İran İslam Respublikasının Məşhəd şəhərinin 2017-ci ildə “İslam mədəniyyətinin paytaxtı” elan edilməsinin açılış mərasimi keçirilib.
Dünyanın 51 ölkəsindən 250-dən çox ictimai-siyasi xadimin, eləcə də İranın ölkə və vilayət rəsmilərinin iştirak etdikləri mərasim Məşhəd şəhərindəki İmam Rza ziyarətgahının Qüds zalında keçirilib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Tədbirdə ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Cavanşir Paşazadə və Naxçıvan Muxtar Respublikasının Dini İşlər üzrə İdarəsinin rəisi Vüqar Babayev təmsil edirlər. Qeyd edək ki, “İslam mədəniyyəti paytaxtları” proqramını təsdiq edən qətnamə ISESCO-nun təklifi ilə 2001-ci ildə Qətərin paytaxtı Dohada keçirilmiş III konfransda qəbul edilib. Bu sənədə əsasən, İslam mədəniyyətinin paytaxtı İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin şəhərləri arasından seçilir. Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk “İslam mədəniyyətinin paytaxtı” elan olunub. Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın paytaxtı Bakı 2009-cu ildə “İslam mədəniyyətinin paytaxtı” seçilib. 2009-cu ilin oktyabrında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunmasına dair qərar qəbul edilib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info