“Rumıniyalı siyasətçilər Azərbaycanın inkişafından məmnundurlar”
Tarix: 26.01.2017 | Saat: 02:29:00 | E-mail | Çapa göndər


Rumıniyada siyasətə qoşulan azərbaycanlı gənc bu günlərdə Rumıniyanın rəhbər şəxslərinin də qatıldığı yürüşdə iştirak edib. Bununla bağlı qəzetimizə açıqlama verən Kamran Allahverdiyev deyib ki, aksiya dünya mətbuatının gündəmində olub:
“Bildiyiniz kimi, hər il 24 yanvar tarixində “Ruminya Knyazlıqlarının Birliyi” bayramı təntənəli şəkildə qeyd olunur. Bu il də sözügedən bayram yüksək səviyyədə qeyd edildi. Tədbir Cluj-Napoca şəhərinin mərkəzində yerləşən “Məmurlar Palatasının” binasının qarşısında keçirildi. Bu ənənəvi tədbirə Cluj şəhərinin eləcə də Ruminya dövlətinin tanınmış siyasi xadimləri, dövlət məmurları qatılmışdılar. Onlardan Emil Boc-Bələdiyyə sədri, Ligia Bocse – Cluj şəhər müfəttişi, deputat Sorin Moldovan və başqalarını göstərmək olar. Elə bu şəxslər də tədbirin təşkilatçıları idilər. Onu da qeyd etmək istərdim ki, mən də bu tədbirə həmin şəxslər tərəfindən dəvət almışdım və aktiv şəkildə iştirak etdim. Tədbirdə ilk öncə çələng qoyulma mərasimi olduqdan sonra, dövlət himni səsləndi və bundan sora tədbirin davamında vətəndaşların da iştirakı ilə birlikdə rumın milli rəqsi ifa edildi. Bütün bunlar tədbirə rəng qatdı. Burada bəzi siyasi xadimlərlə də qısa dialoqlarım oldu. Fürsətdən istifadə edib burada təmsil olunan siyasi icmaların nümayəndələri ilə Azərbaycan və Rumıniya arasında mövcud olan siyasi, iqtisadi, mədəni, təhsil əlaqələri haqqında geniş söhbət açdım, ölkəmizin inkişaf səviyyəsinin genişləndiyini ifadə etdim. Onlar da bundan çox məmnun qaldıqlarını söyləyib gələcəkdə daha da əlaqələrimizin genişlənəcəyinə ümid etdiklərini bildirdilər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info