BP-nin rəhbəri: “Azərbaycanın tələbinə əsasən neft hasilatını azalda bilərik“
Tarix: 26.01.2017 | Saat: 15:00:00 | E-mail | Çapa göndər


"Tənzimləyicilər tələb edərsə, BP Vyana sazişinə qoşulan bütün ölkələrdə neft hasilatını azaltmağı hazırdır". "APA-Economics" xəbər verir ki, bunu BP-in baş icraçı direktoru Robert Dadli bildirib.

Onun sözlərinə görə, şirkət müstəqil olaraq bu cür qərarları vermir: "Bu cür məsələlər ölkələrin tənzimləyicilərinin nəzarətindədir. Rəsmi Əbu-Dabinin açıqlamasına əsasən deyə bilərik ki, bu qərar Səudiyyə Ərəbistanındakı hasilatımıza təsir olacaq. Bununla yanaşı, Azərbaycan da bəyan edib ki, hasilatı azaldacaq. Biz şirkət olaraq bu cür qərarları vermirik. Bu, tənzimləyicinin tələbindən asılı olan qərardır".

Xatırladaq ki, ötən ilin noyabr ayının 30-da Avstriyanın paytaxtı Vyanada OPEC üzvləri və kartelə daxil olmayan bəzi ölkələr sutkalıq hasilatın 1,2 mln. barel azaldılmasına dair razılaşma əldə edib. Razılaşmaya əsasən, sutkalıq hasilat 32,5 mln. barelə enəcək.

Bundan öncə Azərbaycan prezidenti İlham Əliyev RİA "Novosti" agentliyinə açıqlamasında bildirib ki, Azərbaycan neft hasilatının azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliyə sadiqdir. Bununla yanaşı, ölkə başçısı qeyd edib ki, Azərbaycan neft hasilatını əlavə olaraq azalda bilər: "Əgər OPEC və kartelə üzv olmayan ölkələr əlavə həcmdə neftin hasilatının azaldılması barədə qərar qəbul edərsə, Azərbaycan bu qərarı dəstəkləməyə hazırdır. Bilirsiniz ki, biz sutkalıq hasilatın 35 min barel azaldılmasına dair öhdəlik götürmüşük. Biz bu öhdəliyi yerinə yetirəcəyik. Prosesə artıq başlanılıb. Hələlik biz hasilatı 35 min barel azaltmışıq. Əgər əlavə olaraq hasilatın azaldılmasına dair qərar qəbul olunarsa, təbii ki, biz bu qərarı dəstəkləyəcəyik. Hesab edirəm ki, bu prosesdə bütün ölkələr həmrəy olmalıdır".

Ötən gün isə energetika naziri Natiq Əliyev bildirib ki, cari ilin yanvarın 1-dən Azərbaycanda sutkalıq neft hasilatı 35 min barel azaldılıb: "Azərbaycan OPEC üzvlərinin və kartelə daxil olmayan ölkələrin neftin hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirir. Bu razılaşmaya əsasən, yanvarın 1-dən 20-dək Azərbaycanda sutkalıq neft hasilatı 789 min barel təşkil edib".




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Nuran Kərimov: “Vergilər Nazirliyi prioritet məsələlərin həlli ilə məşğuldur və bu istiqamətdə ciddi nəticələr gözlənilir”
21.02.2019
Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını xalqına xidmətdə görür
21.02.2019
Gəmiçilik ilə Bakı Gəmiqayırma Zavodu tankerlərin inşasına dair yeni müqavilə imzalayıb
21.02.2019
Mersi Tembon: “Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk”
21.02.2019
Azərbaycan neftinin bir barreli 68,50 dollara satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info