Media nümayəndələri ADPK-də imtahanların gedişini izləyiblər
Tarix: 26.01.2017 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədilə təhsil ekspertlərinin, kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrinin, qeyri-hökumət təşkilatları (QHT) təmsilçilərinin iştirakı ilə mediatur təşkil olunub. Mediaturdan əvvəl ADPK-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov nümayəndələrlə görüşüb. Kollecdəki tədris prosesi haqqında məlumat verən Q.Novruzov imtahanların təşkilində, keçirilməsində və qiymətləndirmə prosesində yeni mexanizmin tətbiq edildiyini bildirib. Qeyd olunub ki, məqsəd imtahanların tam obyektiv və şəffaf keçirilməsinin təmin edilməsi, eyni zamanda təhsil alanların bilik və bacarıqlarının dəqiq müəyyənləşdirilməsidir.
Sonra KİV nümayəndələri, televiziya əməkdaşları ADPK-də təşkil olunan imtahanların gedişini izləyib, imtahanların keçirildiyi auditoriyalara, cavabların kodlaşdırılması, yoxlanması və emalı otaqlarına baxış keçiriblər. Qeyd edək ki, ADPK-də qiymətləndirmənin dəqiq, obyektiv aparılması və cavabların hərtərəfli dəyərləndirilməsi üçün yeni qiymətləndirmə meyarları hazırlanıb. Tələbənin bilik və bacarıqlarını dəqiq müəyyən etmək məqsədilə qiymətləndirmə üzrə yeni meyar cədvəli hazırlanıb və hər bal üçün onlarla meyar tərtib olunub. Meyarları hazırlamaq və tətbiq etmək səriştəsini mənimsətmək məqsədilə cavabların yoxlanması prosesini aparan müəllimlərə noyabr-dekabr aylarında xüsusi təlimlər keçirilib. Payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı Təhsil Nazirliyinin müvafiq əmrinin icrasını təmin etmək üçün kollec üzrə əmr imzalanıb. Həmin əmrə əsasən kollecdə İmtahan Qərargahı yaradılıb. Sessiyanın gedişi və qiymətləndirmənin nəticələri ilə bağlı müraciət və şikayətlərə baxılması üçün Apelyasiya Komissiyası təşkil olunub. Obyektivliyi təmin etmək məqsədilə kodlaşma, yoxlama və emal otaqları hazırlanıb. İmtahanlar yazılı keçirilir.
KİV nümayəndələri və ekspertlər auditoriyalarda imtahanların gedişini izləyib, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər. Müşahidəçilər kollecdə imtahanların yüksək səviyyədə təşkil edildiyini və lazımi şəraitin yaradıldığını bildiriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
16.08.2019
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info