Ötən il İrandan gələn turistlərin sayı artıb
Tarix: 26.01.2017 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydin İsmiyevlə İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Mədəni İrs və Turizm Təşkilatının rəhbəri Cəlil Cabbari arasında görüş keçirilib.
Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycan ilə İran arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
Turizm sahəsi üzrə əməkdaşlığın inkişafından, zəruri hüquqi bazanın mütəmadi olaraq zənginləşdirilməsindən və qarşılıqlı turist axınının artımından danışan Aydın İsmiyev iki qonşu ölkə arasında viza rejiminin sadələşdirilməsi ilə turist axınının intensivləşdirildiyini bildirib. O, ötən il İrandan Azərbaycana gələn turistlərin sayının əvvəlki iki ilə nisbətən əhəmiyyətli dərəcədə artdığını qeyd edib.
Ölkəmizdə turizmin inkişafına dair həyata keçirilən islahatlardan danışan A.İsmiyev Azərbaycan ilə İran arasında turist mübadiləsinin daha da artırılması məqsədilə iki ölkə arasında sərhəd məntəqələrində sadələşdirilmiş keçidin təmin olunmasına dair ölkə rəhbərliyi tərəfindən planlaşdırılan işlər barədə məlumat verib.
Hər iki ölkədə ənənəvi bayram hesab olunan Novruz bayramı zamanı İrandan Azərbaycana gələn turist sayının yüksək olacağını qeyd edən görüş iştirakçıları bu il sözügedən bayram çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Turizm şöbəsinin müdiri bu il sayının daha da artacağı gözlənilən iranlı turistləri ölkəmizdə keçirilməsi nəzərdə tutulan tədbirlərdə, o cümlədən “shopping festival”da iştiraka dəvət edib Novruz bayramından əvvəl ölkəmizlə tanışlıq məqsədilə infoturun təşkil olunmasına dair qarşılıqlı maraq ifadə olunub.
Turizm agentlikləri arasında əlaqələrin qurulması, Azərbaycan regionlarının və İranın Qərbi Azərbaycan vilayətinin mədəniyyət sərvətləri və turizm potensialı ilə tanışlıq məqsədilə qarşılıqlı infoturların təşkili məsələsi barədə danışılıb.
Aydın İsmiyev turizmin müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi zərurətini diqqətə çatdıraraq, Azərbaycan və İranın müxtəlif regionlarını ziyarət etməklə dəmir yolu, Xəzər dənizi vasitəsilə su yolu və tibbi turizm üzrə əməkdaşlıqda ölkəmizin maraqlı olduğunu bildirib.
Sonda A.İsmiyev İranı cari ilin aprel 6-8-də Bakı şəhərində təşkil olunacaq “AİTF-2017” Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştiraka dəvət edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Coca-Cola” Fondu dünya üzrə sosial layihələrə 1 mlrd. dollar yatırıb
10.12.2018
“İrəli”nin “Azərbaycanın İntellektual Birİncisi” layihəsininin icrası başa çatıb
10.12.2018
Leyla Əliyeva aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forumda iştirak edir
10.12.2018
“Xeyirxah” işarə dilində ilk forumun keçirilməsinə hazırlaşır
10.12.2018
Vergi Məcəlləsinə son dəyişikliklərkimlərin xeyrinə olacaq?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info