Ukraynalı deputat ermənilərin “konyak diplomatiyası”nı ifşa etdi
Tarix: 26.01.2017 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Elxan Şahinoğlu: “Erməni siyasətçilərin Avropada hansı çirkin işlərlə məşğul olduqları beynəlxalq ictimaiyyətə təqdim edilməlidir”

Ermənistan nümayəndə heyəti Ukraynadan olan deputat, AŞPA-da “Avropada jurnalistlərə və söz azadlığına təhdidlər barədə” hesabatın müəllifi Vladimir Aryevi konyakla satın almaq istəyib.
Bu barədə Vladimir Aryev özünün “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, erməni nümayəndə heyəti dinləmələrə mane olmağa çalışıb.
“AŞPA mənim Avropada söz azadlığına dair hesabatımı qəbul etdi. Bu, mübaliğəsiz bir jest idi. Dünən erməni deputatlar Strasburqda əllərində konyak arxamca düşmüşdülər ki, mən Dağlıq Qarabağın Azərbaycana məxsus olması fikrimdən imtina edim. Bu gün isə Assambleyada hansısa üçmanatlıq kompromatla gəliblər ki, “Aryevin nənəsi azərbaycanlıdır”. İndi mən dəqiq bilirəm, gülməli iş görmək istəyirsənsə, Ermənistan parlamentindən müşavir çağır” - deyə, Aryev qeyd edib.
Erməni siyasətçilərin, lobbisinin müxtəlif yollarla başqa ölkələrin siyasi xadimlərini öz tərəflərinə çəkmələrinin dəfələrlə şahidi olmuşuq. Amma “konyak diplomatiyası”nın bu şəkildə nümayişkaranə qabardılmasını ilk dəfədir ki görürük. Məsələ ilə bağlı “Palitra”ya açıqlama verən politoloq Elxan Şahinoğlu deyir ki, əslində, bu məsələ ciddi şəkildə araşdırılmalıdır və erməni deputatların, əslind, Avropada hansı çirkin işlərlə məşğul olduqları beynəlxalq ictimaiyyətə təqdim edilməlidir: “Azərbaycan bu hadisədən istifadə etməlidir və həmin ukraynalı deputatı daha çox önə çəkməli, onu geniş şəkildə danışdırmaq lazımdır ki, ermənilərin iç üzünü onun dili ilə bir daha ortaya çıxaraq. Həqiqətən də bu ciddi məsələdir və əgər azərbaycanlı deputatın yox, başqa bir millətdən olan siyasətçinin dilindən bu hadisələr, çirkin oyuna dəvət səslənirsə, artıq ayrı-ayrı ölkələrin mətbuatı da bunu ciddi qəbul edəcək. Adətən, azərbaycanlı siyasətçilər qarşı tərəf haqqında əsaslı ittihamlar səsləndirəndə “İki düşmən ölkədir” deyib ciddi qəbul etmirlər. Amma başqa bir ölkədən olan siyasətçi bu fikri səsləndirdikdə, təbii ki, xarici mətbuatın da inamı daha çox olur. Bu mənada biz sözügedən məsələni kütləviləşdirməliyik”.
Elxan Şahinoğlu deyir ki, ermənilər bizi əllərində fakt olmaya-olmaya, “kürü diplomatiyası”nda ittiham edirdilər. Amma bu gün ortaya çıxır ki, əslində belə diplomatiya ilə məhz erməni deputatlar məşğul imiş: “Baxın, ortada fakt var, konkret ciddi bir siyasətçinin ittihamı var. Erməni tərəfi, həqiqətən, “konyak diplomatiyası”ndan yararlanmağa çalışır. Əslində bu “konyak diplomatiyası” yeni məsələ də deyil. Necə ki, ermənilər olmayan bir şeydən siyasi oyun düzəldib dünyaya car çəkirdilər, deyirdilər ki, Azərbaycan “kürü diplomatiyası”ndan yararlanır, biz də əlimizdə olan faktdan yararlanaraq təbliğ etməliyik ki, əslində, erməni deputatlar özləri bu yoldadırlar! Buyurun baxın, bunu Ukraynadan olan diplomat da narazı şəkildə dilə gətirir. Bu məsələ üzərində təbliğat kampaniyasını gücləndirməliyik, mətbuat da bu hadisəni geniş şəkildə qabartmalıdır. Hətta bir maraqlı faktı da qeyd edim ki, 1991-ci ildə ermənilər özlərinin konyaklarından istifadə edib bu cür çirkin oyunlara əl atırdılar. SSRİ-nin ozamankı bəzi siyasi şəxsləri Dağlıq Qarabağa gəlmişdi, ki, guya separatçılarla danışıqlar aparılacaqdı. Münaqişənin daha da alovlanmaması üçün məsələnin həllini tapmağa cəhd edirdilər. Amma o vaxt nəyin şahidi olduq? Ora gedən siyasətçiləri kifayət qədər erməni konyakına qonaq etdilər ki, bu da, təbii ki, ələ almağın bir yolu idi. Yəni o zaman “konyak diplomatiyası” işə yaradı. Bu siyasət bu gün də davam edir, nəinki ukraynalı, amerikalı, avropalı, hətta əla münasibətdə olduğumuz Rusiyanın bəzi siyasətçilərini də özlərinin konyakları ilə ələ alıb, dost qazanmağa çalışırlar. O vaxt bunu müharibənin gedişində yardımlar almaq üçün edirdilərsə, indi məqsəd birdir-Azərbaycana qarşı siyasi təzyiqlərin artırılması. Ukraynalı deputatın da dilindən deyildiyi kimi, erməni siyasətçilər öz “zəhər”lərini müxtəlif adamlara təklif etməklə onları öz mövqelərinə yaxınlaşdırmağa cəhd edirlər. Düzdür, bəzi adamlar buna uyurlar. Bunun uğurlu alınmasında erməni lobbisinin də rolu olur. Təqdirəlayiq haldır ki, bu gün ukraynalı deputat vicdanlı şəkildə sosial şəbəkələrdə bu məsələni ortaya çıxardı. Erməni deputatların ukraynalı deputatı konyakla ələ almağa çalışması beynəlxalq qalmaqala səbəb olmalıdır. Bir daha qeyd edirəm ki, bu açıqlamadan Azərbaycan diplomatiyası kifayət qədər istifadə etməyə çalışmalıdır. Bu faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması hazırda prioritet olmalıdır”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info