“İslam həmrəyliyi barədə təşəbbüs İslam dünyasında yüksək qiymətləndirilir “
Tarix: 26.01.2017 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


“İslam Həmrəyliyi İli” çox gözəl və vacib təşəbbüsdür. Bu gün İslam dünyasının belə bir təşəbbüsə ehtiyacı var.
Misirli məşhur politoloq və publisist, “Al-Diplomasy” qəzetinin və “Azərbaycan” jurnalının baş redaktoru Məhəmməd Salama bu fikri AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin başçısının 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etmək təşəbbüsü, xüsusən İslam dünyasında baş verən hadisələrlə və müsəlman ölkələrinin üzləşdiyi müasir çağırışlarla əlaqədar, olduqca zamanında irəli sürülmüş və yüksək qiymətə layiq bir təşəbbüsdür.
Politoloq deyib: “İlham Əliyevin bu ideyası son dərəcə zəruridir. Bu onu göstərir ki, Azərbaycan lideri dünyada baş verən mürəkkəb proseslərə çox ciddi yanaşır. Məlum olduğu kimi, bəzi müsəlman və ərəb ölkələri münaqişə və böhran vəziyyətindədir, İslam dünyasında bir sıra aktual məsələlər barəsində fikir ayrılıqları və ziddiyyətlər var. Bu çağırış müsəlman ölkələri arasında birlik və həmrəylik kimi yüksək ideyaya xidmət edir. Həmin təşəbbüsün məhz Azərbaycan tərəfindən irəli sürülməsi tamamilə məntiqəuyğundur, çünki Azərbaycan sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun yaradılmasında, ölkələr arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsində mühüm rol oynayır”.
O xüsusi vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatının mühüm iştirakçısı olan Azərbaycan müsəlman ölkələrinin birləşməsi üçün çox böyük səy göstərir. M.Salama deyib: “Bütün bunlar Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanın belə bir nəcib təşəbbüs irəli sürməsini bütün ərəb və müsəlman ölkələri gözləyirdi. Bu, yığılıb qalmış çoxlu problemlərin həllinə, müsəlman ölkələrinin inkişafına və tərəqqisinə, ümumi məqsədlərə nail olmağa kömək edəcək. İslam dünyası Prezident İlham Əliyevin şəxsi təşəbbüsünü və Azərbaycanın sülhsevər siyasətini yüksək qiymətləndirir. İslam dünyasında həmrəyliyə və birliyə nail olmağa yönəlmiş siyasət yürüdən Prezident İlham Əliyev bütün mühüm məsələlərin həllində İslam dünyasını həmişə dəstəkləyir, bu məsələlərin həllində iştirak edir, Azərbaycanda qlobal tədbirlər keçirilməsinə dair təşəbbüslər irəli sürür. Azərbaycan Fələstin məsələsində dəyişməz mövqe tutur, Misir ilə Türkiyə arasında vasitəçi kimi fəaliyyət göstərir. Belə nümunələrdən çox göstərmək olar”.
Məhəmməd Salama vurğulayıb ki, bu təşəbbüs təkcə İslam dünyasına deyil, bütün ölkələrə ünvanlanmış belə bir ismarıcla əlamətdardır: müsəlman ölkələri birləşərək siyasi, iqtisadi, ictimai və mədəni məsələləri, qaçqınlarla bağlı və digər problemləri həll edə bilərlər.
Misirli politoloq xüsusi vurğulayıb ki, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələri sülh və həmrəylik şəraitində yaşayırlar. Məhəmməd Salamanın fikrincə, Azərbaycan birliyin, həmrəyliyin, tolerantlığın, dinc yanaşı yaşamağın parlaq nümunəsidir. O deyib: “Fikrimcə, Azərbaycanın təcrübəsi çox faydalı və nümunə götürməyə layiq təcrübədir. Bu gün - İraq, Suriya, Yəmən və bəzi başqa ölkələrdə milli və dini zəmində problemlərin və münaqişələrin mövcud olduğu bir vaxtda Azərbaycan modeli həmin ölkələrin problemlərinin həllinə xidmət edə bilər”.
Misirli politoloq və publisist Məhəmməd Salama daha sonra deyib: “Sonda qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin İslam Həmrəyliyi barədə təşəbbüsü həm İslam dünyası daxilində, həm də müsəlman ölkələri ilə digər dövlətlər arasında dostluq münasibətlərinin və əməkdaşlığın möhkəmlənməsinə sanbalı töhfə verəcək, bütün dünyada sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq istiqamətində real addım olacaq”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info