Məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil edilib
Tarix: 26.01.2017 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunur.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihə Heydər Əliyev irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlərə və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması məqsədlərinə xidmət edir.
Ekskursiya zamanı məktəblilər əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olurlar. Mərkəzin əməkdaşları iştirakçılara qeyri-adi, mürəkkəb quruluşa malik və unikal tikili haqqında məlumat verir, müasir Bakının simvollarından biri hesab edilən mərkəzdə ümummilli liderin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatların nümayiş etdirildiyini bildirirlər.
Qeyd edək ki, üç mərtəbədən ibarət muzeydə ən son texnoloji yeniliklərdən istifadə edilməklə Ulu Öndərin həyat və fəaliyyətinə dair ətraflı məlumat interaktiv formada təqdim edilir.
Sonra məktəblilər Heydər Əliyev Mərkəzində nümayiş etdirilən “Azərbaycan inciləri” sərgisi ilə tanış olurlar. Onlar sərgi vasitəsilə qədim tarixə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə sahib olan Azərbaycan haqqında olduqca maraqlı məlumatlar əldə edirlər. Ekspozisiyada nümayiş etdirilən qayaüstü rəsmlər, müxtəlif dövrlərə aid arxeoloji tapıntılar, milli geyim və zərgərlik nümunələri məktəblilərdə böyük təəssürat yaradır.
Ekskursiya zamanı şagirdlərə, həmçinin mərkəzin “Kitabxana və informasiya texnologiyaları” bölməsindəki kitablar haqqında da məlumat verilir.
Paytaxt məktəblilərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları davam edir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info