“Cocuq Mərcanlı Dağlıq Qarabağa qayıdışımızın nümunəsi olmalıdır”
Tarix: 26.01.2017 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Ölkə başçısının “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamını ziyalılarımız, tarixçilərimiz çox müsbət qiymətləndirir, bunu məcburi köçkünlərimizin öz doğma yurdlarına dönməsi istiqamətində bir addım kimi dəyərləndirirlər. Politoloq Elxan Şahinoğlu məlum sərəncamın əhəmiyyətinin böyük olduğunu düşünür. O deyib: “Prezidentin Cocuq Mərcanlı kəndinin məskunlaşdırılması qərarını müsbət qiymətləndirirəm. Kənd sakinlərinin doğma yerlərinə qayıtmaq istəklərini bildirmələri də vacibdir. Cocuq Mərcanlı kəndinin sakinləri qayıdış qərarlarıyla illərdir dillərdə dolaşan “şəhərlərdə məskunlaşan qaçqınlar geri qayıtmayacaqlar” fikrinin doğru olmadığını göstərdilər. İndi iki məsələnin həlli tələb olunur. Prezidentin kəndin yenidən qurulması üçün ayırdığı 4 milyon manatdan faydalı şəkildə yararlanmaq lazımdır. Kənd lazımi infrastrukturla yenidən elə yüksək səviyyədə qurulmalıdır ki, erməni separatçılarının nəzarətindəki yerlərlə fərq açıq görünsün və Ermənistandakı, o cümlədən Dağlıq Qarabağ kəndlərində yaşayan ermənilərin beynində “bizim niyə belə şəratimiz yoxdur” sualı dolaşsın. Kəndlilərin əkin sahələrindən qazanc əldə etmələri üçün də bütün imkanlar səfərbər olunmalıdır. İkinci məsələ Cocuq Mərcanlı kəndinin təhlükəsizliyin gücləndirilməsidir. Doğrudur, Lələtəpə nəzarətimizdədir, ancaq qarşı tərəf başqa təxribata əl ata bilər. Ona görə də Cocuq Mərcanlıya hər hansı mərminin düşməsi halında qarşı tərəf bundan beşqat çox itki verməlidir ki, bir də kəndimizə qarşı təxribat etmək ağlına gəlməsin. Bir sözlə Cocuq Mərcanlı Dağlıq Qarabağa qayıdışımızın nümunəsi olmalıdır”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info