Elmar Qasımov Vyetnam Neft İnstitutunda
Tarix: 26.01.2017 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Azərbaycan Respublikasının energetika naziri, iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının həmsədri Natiq Əliyevin rəhbərliyi ilə Komissiyanın Hanoy şəhərində keçirilmiş ilk iclasında iştirak etmək məqsədi ilə Vyetnam Sosialist Respublikasında səfərdə olub.
Vyetnam Sənaye və Ticarət Nazirliyində Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının birinci iclasının yekun protokolu həmsədrlər tərəfindən imzalanıb. Protokolun “Təhsil sahəsində” başlıqlı bölməsində vyetnamlı tələbələrin Bakı Ali Neft Məktəbində təhsili, həmçinin bu ölkənin elm, təhsil və istehsalat müəssisələrinin mütəxəssisləri üçün doktorantura səviyyəsində təhsil, eləcə də stajkeçmə, ixtisasartırma və yenidən hazırlama kurslarının təşkil olunması ilə bağlı xüsusi bənd yer alıb.
Nümayəndə heyətinin Vyetnam Sosialist Respublikasının sənaye və ticarət naziri, Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Vyetnam tərəfdən həmsədri Tran Tuan Anh, eləcə də Vyetnam Milli Neft-Qaz Şirkətinin (PVN) nümayəndələri ilə görüşləri olub. Görüşlər çərçivəsində Elmar Qasımov Vyetnam Neft İnstitutunun rəhbəri, Elm və strategiya departamentinin baş meneceri və İqtisadi elmlər üzrə menecer yardımçısı ilə görüşüb. Görüşdə rektor E. Qasımov Bakı Ali Neft Məktəbində vyetnamlı tələbələrin təhsili üçün müvafiq imkanların olduğunu, yeni kampusda tələbələrin təhsili və sosial-mədəni inkişafı üçün hərtərəfli infrastrukturun yaradıldığını qeyd edib. Həmçinin, rektor Elmar Qasımov Vyetnamın Təhsil və Təlim Nazirliyinin Beynəlxalq əməkdaşlıq departamentinin baş direktoru ilə də görüşüb və ali məktəbdə vyetnamlı tələbələrin təhsili ilə yanaşı, müvafiq sektorlarda çalışan mütəxəssislər üçün də təlim imkanlarının mövcud olduğunu bildirib. Tərəflər arasında bu istiqamətdə konkret addımların atılması ilə bağlı razılıq əldə olunub.
Səfər zamanı nümayəndə heyəti üzvlərinin Vyetnam Sosialist Respublikasının prezidenti Çan Dai Quanqla görüşü keçirilib və ikitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.
Nigar








 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info