Rövşən Rzayev: “İnanırıq ki, tezliklə Şuşada da bərpa işlərinə başlayacağıq”
Tarix: 26.01.2017 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalaması bütün xalqımızı fərəhləndirən bir hadisədir. Bu, qarşımızdakı böyük bir yolun başlanğıcıdır.
Bu fikirləri Strasburqda AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev söyləyib.
Dövlətimizin başçısının bu Sərəncamını tariximizin şanlı səhifəsi olan aprel döyüşlərinin uğurlu nəticəsi kimi dəyərləndirən deputat həmin döyüşlər zamanı Azərbaycan Ordusunun böyük qələbə qazandığını, hərbçilərimizin qəhrəmanlıq göstərdiyini vurğulayıb. R.Rzayev qeyd edib ki, Cocuq Mərcanlı kəndinin bərpası ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə aparan yolun başlanğıcıdır. “İnanırıq ki, Cocuq mərcanlılarla yanaşı, bütün cəbrayıllılar tezliklə doğma torpaqlarına qayıdaraq soyuq evlərini yenidən qızdıracaqlar. Cocuq Mərcanlıdakı kimi, tezliklə Şuşada da bərpa işlərinə başlayacağıq”, - deyə o bildirib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev bütün xalqımızın gözlədiyi bir Sərəncama imza atıb. Bu, uğurlarımızın başlanğıcından xəbər verir və əminik ki, Prezident tezliklə bir çox belə sərəncamlar verəcək. Azərbaycan Prezidentinin ətrafında sıx birləşməklə biz bütün problemlərimizi həll edəcəyik.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir
15.01.2019
Nazirlik aydınlıq gətirdi – pensiyalar yaxın bir neçə gündə ödəniləcək
14.01.2019
“Azərbaycanda turizm sənayesi yaradılmalıdır”
14.01.2019
“İşsizin DOSTu” proqramı üzrə ictimai işlərə cəlb olunan şəxslərlə əmək müqaviləsi bağlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info