“Prezidentin Sərəncamı torpaqlarımızın işğaldan azad ediləcəyinə inamı daha da artırdı”
Tarix: 26.01.2017 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncam torpaqlarımızın düşmən tapdağından azad edilməsi istiqamətində atılan və qələbəyə inamı təsdiqləyən mühüm addımlardan biridir.
Bu fikri Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə AZƏRTAC-a açıqlamasında deyib.
Ehtiyatda olan polkovnik bildirib ki, aprel döyüşlərində qəhrəman əsgər və zabitlərimiz düşmənin təxribatlarına cavab verərək onlara sarsıdıcı zərbə endirib işğalçıları döyüş texnikasını, silah və sursatını atıb böyük itkilərlə təşviş içində mövqelərini qoyub qaçmağa məcbur etdi. Düşmənin güclü müdafiə mövqelərini darmadağın edən Azərbaycan əsgəri öz ruh yüksəkliyi və döyüş qabiliyyətini bütün dünyaya göstərdi. Azərbaycan xalqı torpaqlarının düşmən tapdağı altında olması ilə heç vaxt barışmayacağını və onun uğrunda canından keçməyə hazır olduğunu bir daha sübut etdi.
“Aprel döyüşlərində əbədiyyətə qovuşan əsgər və zabitlərimiz qəhrəmancasına vuruşaraq həm düşmənin bizim yaşayış məntəqələrini atəşə tutaraq dinc əhalini qətlə yetirilməsinin qarşısını aldı, həm də o ərazilərdə əhalinin gündəlik həyat fəaliyyətinin bərpa edilməsini və təhlükəsiz yaşamasını mümkün etdi. Bunun nəticəsi olaraq, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin yanvarın 24-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalaması çox gözəl bir addımdır. Tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıdıb əmin-amanlıq şəraitində yaşaması artıq təmin edilir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin imzaladığı Sərəncam torpaqlarımızın işğaldan azad edilməsinə, qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarına qayıdacağına olan inamı daha da artırdı”, - deyə Ə.Qəni-zadə vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib
22.01.2019
Snayperçilərimiz ən çətin atışları icra edib
22.01.2019
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info