Suriya üçün hazırlanan konstitusiyanın detalları məlum oldu
Tarix: 27.01.2017 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Layihədə mərkəzi hakimiyyətin bir çox səlahiyyətinin yerli orqanlara verilməsi və tam yeni orqan- Regionlar Assambleyasının yaradılması qeyd edilib
Məlum olduğu kimi, Astanada Suriya münaqişəsinin nizamlanması istiqamətində çoxtərəfli dialoq keçirildi. Həmin görüşdə Rusiya nümayəndələrinin Suriya hakimiyyət və müxalifət nümayəndələrinə yeni konstitusiya mətni təqdim etdiyi bildirilsə də, detallar açıqlanmadı.
Dünən Rusiyanın RBK saytı həmin konstitusiyanın detallarını açıqlayıb. Konstitusiya ilə bağlı ilk açıqlamanı Rusiya dövlət başçısının xüsusi nümayəndəsi Aleksanrd Lavrentev vermişdi. Danışıqlarda iştirak etmiş Suriya müxalifət nümayəndələrindən biri onlara təqdim edilmiş mətni RBK-ya təqdim edib. Rusiyalı mütəxəssislər tərəfindən hazırlanmış yeni konstitusiya mətni 27 maddədən ibarətdir. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi xanım Zaxarova RBK-ya açıqlamasında detallara varmaqdan imtina edərək əsas məqsədlərinin tərəflər arasında dialoq mühiti yaratmaq olduğunu bildirib. RBK yazır ki, mətndə Suriya Ərəb Respublikasının adındakı ərəb sözü götürülərək əvəzində Suriya Respublikası yazılıb. Təklif edilir ki, indiki versiyada olan “islam hüququ qanunvericiliyin əsasıdır” sözləri yeni versiyada olmasın. İndiki versiyada Suriya dövlət başçısının mütləq müsəlman olması yazılıb. Amma rusların hazırladığı yeni versiyada bu maddə oradan çıxarılıb. Namizədin valideynlərinin Suriyada doğulan və bu ölkə vətəndaşı olması ilə bağlı şərt yeni versiyadan çıxarılıb. Yeni mətndə qeyd edilib ki, Suriya prezidenti 7 il müddətinə seçilir və həmin şəxs ardıcıl ikinci dəfə seçilə bilməz. Layihəyə görə, prezident silahlı qüvvələrin baş komandanı olaraq qalsa da, fövqəladə vəziyyət və səfərbərlik elan etmək üçün yeni yaradılması nəzərdə tutulan Regionlar Assambleyasının razılığını almalıdır. Ali Konstitusiya Məhkəməsinin hakimlərini təyin etmək hüququ prezidentdən parlamentə keçir. Parlamentin Mərkəzi Bankın rəhbərini təyin və azad etmək səlahiyyətinə sahib olması da təklif edilir. Rusiya tərəfi yeni layihədə kürdlərə muxtariyyət verilməsini təklif edir. Belə olan halda, kürdlərin yaşadığı muxtar bölgədə ərəb və kürd dilləri bərabərhüquqlu dil kimi işlənəcək. Eyni zamanda təklif edilir ki, regionlara əhalinin çox hissəsini danışdığı dili dövlət dilinə əlavə dil kimi qəbul etmək səlahiyyəti verilsin. Maraqlıdır ki, rus mütəxəssislərin hazırladığı layihədə mərkəzi hakimiyyətin bir çox səlahiyyətinin yerli orqanlara verilməsi və tam yeni orqan- Regionlar Assambleyasının yaradılması qeyd edilib. Layihə yerli orqanlara geniş səlahiyyətlər verir. Parlamentin Xalqlar Assambleyası adlanması təklif edilir. Parlamentə müxtəlif qruplar üçün nəzərdə tutulan kvotaların ləğvi də yeni layihədə qeyd edilənlər sırasında yer alır. Rusiyanın xarici işlər nazir Lavrov qeyd edib ki, onlar indiyə qədər Suriya hakimiyyəti, müxalifəti və region təmsilçilərinin nümayəndələrindən eşitdiklərinə əsaslanaraq belə bir layihə hazırlayıblar. Ekspert Leonid İsayev bildirib ki, yeni layihə tərəflər arasında kompromis tapmağa hesablanıb: “Ərəblər həmişə federallaşmaqdan qorxublar. Onlar hesab edirlər ki, federallaşma sonda dövlətin dağılmasına səbəb olacaq. Kürdlərə muxtariyyət veriliməsi bu planda unitarlıqla tam federal sistem arasında aralıq variantdır”. Ekspert hesab edir ki, belə bir yanaşma Suriya daxilindəki qüvvələr arasında kompromis əldə edilməsini təmin edə bilər.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info