Odessanın mərkəzində Azərbaycan parkı və mədəniyyət mərkəzi tikiləcək
Tarix: 27.01.2017 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


Ukraynanın Odessa şəhərinin mərkəzində Azərbaycan parkının və mədəniyyət mərkəzinin tikilməsi üçün birgə işçi qrupun yaradılması məsələsi müzakirə edilib.
Bu müzakirələr Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Odessa vilayətinə səfəri zamanı qubernator Maksim Stepanovla görüşdə aparılıb.
Görüşdə Odessa vilayətinin prokuroru Oleq Juçenko, vilayət vergilər inspeksiyasının rəhbəri İqor Sinqayevski, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və Azərbaycan Dəmir Yolları QSC-nin Ukrayna nümayəndəliyinin rəhbəri Natiq Nağıyev iştirak ediblər.
Söhbət zamanı Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən danışan Maksim Stepanov Ukraynanın əsas liman şəhəri olan Odessanın ictimai, siyasi, sosial, iqtisadi həyatı barədə ətraflı məlumat verib. Qubernator Azərbaycanla rəhbərlik etdiyi vilayət arasında regional iqtisadi, ticari, elmi, mədəni əlaqələrin inkişafına xüsusi maraq göstərdiyini vurğulayıb. Bu istiqamətdə ikitərəfli əməkdaşlığın inkişafında əlindən gələni əsirgəməyəcəyini bildirib.
Azərbaycanı Şərqlə Qərbin əsas ticarət qapısı adlandıran M.Stepanov Ukrayna və Şərqi Avropada istehsal olunan məhsulların İpək yolu vasitəsilə Asiyaya ixrac edilməsində Azərbaycanın əsas tranzit ölkələrdən biri olduğunu vurğulayıb. Azərbaycanda həyata keçirilən sosial, iqtisadi layihələr haqqında məlumat verən səfir Azər Xudiyev ölkələrimizin əsas liman şəhərləri sayılan Bakı ilə Odessanın gəmiqayırma və digər sənaye müəssisələri arasında səmərəli işbirliyinin qurulmasının vacibliyini bildirib.
Söhbət zamanı qeyd edilib ki, Odessa şəhərinin mərkəzində Azərbaycan parkının tikilməsi ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrinin növbəti təntənəsinə çevriləcək.
Ukraynadakı Azərbaycan diasporunun fəaliyyəti haqqında danışan Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Odessada yaşayan soydaşlarımızın vilayətin ictimai, siyasi, sosial, mədəni həyatında yaxından iştirak etdiklərini diqqətə çatdırıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info