Həştərxan vilayəti “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinə qoşulacaq
Tarix: 27.01.2017 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Həştərxan vilayəti Xəzər Nəqliyyat-Logistika kompleksi layihəsinin hazırlanmasında iştirak etmək üçün RF-nin Şimali Qafqaz Məsələləri üzrə Nazirliyi nəzdində işçi qrupun tərkibinə daxil olacaq.
Şimali Qafqazın İnkişafı Korporasiyasının (ŞQİK) rəsmi saytında yer alan məlumata görə, bu barədə RF-nin Şimali Qafqaz Məsələləri üzrə nazirinin birinci müavini, “ŞQİK” Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Odes Baysultanovla Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin görüşündə razılaşma əldə edilib.
O.Baysultanov deyib: “Hazırda Xəzər hövzəsindəki dəniz limanlarının inkişafı strategiyası üzərində iş gedir. Biz həmin strategiyanı Rusiya hökumətinə təqdim etməliyik. Həştərxan vilayətinin bu layihədə iştirak etməsi ölkə üçün çox vacibdir. Həştərxan limanlarının öz üstünlükləri var. Həştərxan həm də Rusiyanın cənub darvazası deməkdir”.
A.Jilkin də öz növbəsində, Yaxın Şərqdən, Afrikadan və Cənub-Şərqi Asiyadan olan ticarət tərəfdaşları ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə fəaliyyətin zəruri olduğunu vurğulayıb.
Qubernator deyib: “Biz “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına ümid bəsləyirik. Xəzər dənizi boyunca qonşularımızın və Hindistanın fəallaşacağını gözləyirik. Perspektivdə 25-30 milyon ton yük aşırılacağını proqnozlaşdırırıq. Həştərxan limanları təkbaşına bu işin öhdəsindən gələ bilməzlər. Buna görə də Xəzərdəki bütün Rusiya limanlarının fəaliyyətinin ölkə səviyyəsində əlaqələndirilməsi zəruridir”.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info