Ermənistan rəhbərliyi təxribatlı çıxışlarla ölkəsindəki siyasi, sosial və ictimai gərginliyi sakitləşdirməyə çalışır
Tarix: 27.01.2017 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyanın növbəti dəfə məsuliyyətsiz və populist çıxışı bizi heç də təəccübləndirmir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.  
 Məlumatda qeyd olunur ki, qarşı tərəfin cinayətkar hərbi-siyasi rəhbərliyinin nümayəndələri aprel hadisələrinə kimi də bu və buna bənzər müxtəlif bəyanatlarla çıxış ediblər: “Hamımızın yaxşı yadındadır ki, məhz aprel əməliyyatlarından sonra Movses Akopyanın Dağlıq Qarabağda qalmasının onun fiziki məhvinə gətirəcəyini anlayan Serj Sarkisyan onu təcili surətdə Yerevana qaçırmaq məcburiyyətində qaldı. Apreldə döyüşlərində aldığı güclü zərbədən sonra iflasa uğrayan Ermənistan ordusu və onun rəhbərliyi deyəsən bu cür təxribat xarakterli çıxışlarla ölkəsində mövcud olan daxili siyasi, sosial və ictimai gərginliyi sakitləşdirməyə cəhd göstərir.
 
Lakin Movses Akopyan dərk etməlidir ki, Azərbaycan Ordusunun tətbiq edəcəyi müasir silahlar aprel döyüşləri zamanı istifadə olunanlarla müqayisədə daha dağıdıcı olmaqla yanaşı erməni ordusunun tamamilə məhv edilməsi ilə nəticələnəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Sevinc Fətəliyeva: Azərbaycanla qətnamə dili ilə danışmaq, ona təzyiq etmək mümkün deyil
18.01.2019
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın köməyinə ümid bəsləyir
18.01.2019
Şimali Kiprin dövlət televiziyasında 20 Yanvar hadisələrindən danışılıb
18.01.2019
Avropa Parlamentində təcili “qətnamə”nin qəbulu anti-Azərbaycan mərkəzlərin yazdığı siyasi ssenaridir
18.01.2019
Bu cür ikili standartlar Avropa Parlamenti daxilindəki qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info