Ağdamlı məcburi köçkün: “Vahid aylıq müavinətin birbaşa ödənilməsi bizim üçün çox sərfəlidir”
Tarix: 27.01.2017 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində son illər davamlı tədbirlər həyata keçirilir, fərman və sərəncamlar imzalanır. Azərbaycan Prezidentinin 2017-ci il yanvarın 23-də imzaladığı məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman dövlətimizin başçısının bu kateqoriyadan olan insanlara qayğısının daha bir bariz nümunəsidir.
Vahid aylıq müavinətin birbaşa kartla məcburi köçkünlərə ödənilməsi Şəki rayonunun “Yeni Çələbixan” məcburi köçkün qəsəbəsi sakinləri tərəfindən də razılıqla qarşılanıb. 2012-ci ildə istifadəyə verilən qəsəbədə Ağdam, Laçın, Kəlbəcər, Şuşa, Xocalı və Cəbrayıl rayonlarından 423 ailə məskunlaşıb.
Qəsəbədə məskunlaşan Ağdam rayonundan olan məcburi köçkün Təvəkkül Bəşirov AZƏRTAC-a müsahibəsində deyib: “Ailəmlə birlikdə 5 ildir burada yaşayıram. Bizim üçün hər cür şərait yaradılıb, daimi işığımız, qazımız var. Prezidentimizin vahid aylıq müavinətin müəyyən edilməsi ilə bağlı imzaladığı Fərman bizim üçün daha əlverişli və sərfəlidir. Artıq hər bir ailə ay ərzində nə qədər elektrik enerjisi, təbii qaz işlətdiyini biləcək, israfçılığın qarşısı alınacaq. Kommunal xidmətlərdən qənaətlə istifadə edərək, qalan vəsaiti digər ehtiyaclarımıza yönəldə biləcəyik”.
Təvəkkül Bəşirov məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə qəsəbə sakinləri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Ağsuda zəlzələdən zərər çəkən 11 ev yenidən tikilir
25.03.2019
Süd və süd məhsulları alarkən diqqətli olun
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info