Vyaçeslav Volodinin Azərbaycana səfəri planlaşdırılır
Tarix: 27.01.2017 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edə bilər.
 
Bu barədə Rusiya Dövlət Dumasının MDB, Avrasiyada inteqrasiya və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov “Moskva-Baku” saytına müsahibəsində deyib. O bildirib ki, Milli Məclisin sədri Oqtay Əsədov adından Vyaçeslav Volodinin adına dəvət var: “Vyaçeslav Viktoroviç hazırda bu səfərin mümkünlüyünə baxır. Səfərin tarixi müzakirə olunur”.
 
L. Kalaşnikov Dövlət Dumasının komitələrinin Azərbaycanda iclas keçirəcəyi ilə bağlı məlumatlara, həmin iclasların nə vaxt keçiriləcəyinə, hansı məsələlərin müzakirə ediləcəyinə və Azərbaycanla əməkdaşlıq üzrə 2017-ci ildə hansı planların olduğu məsələlərinə də aydınlıq gətirib. O, rəhbərlik etdiyi komitənin Azərbaycanda iclas keçirəcəyini və bunun ilin birinci yarısında baş tutacağını söyləyib: "Toplantı çox güman ki, martdan sonra keçiriləcək. İl ərzində komitəmiz müxtəlif ölkələrlə birgə iclaslar keçirməyi planlaşdırır. Azərbaycan bizim çox vacib tərəfdaşımızdır. Bu ölkədə də birgə iclas keçirəcəyik. Hələlik tarixi deyə bilmirəm. Azərbaycanlı həmkarlarımızla bunu razılaşdırmalıyıq. Lakin iclas mütləq keçiriləcək. Müxtəlif məsələlər müzakirə olunacaq. Sözsüz ki, Avrasiya inteqrasiyası da müzakirə ediləcək. İkitərəfli rejimdə iqtisadi əlaqələrimizin parlament müstəvisini razılaşdırmalıyıq, Xəzər dənizi ilə bağlı məsələləri, humanitar əməkdaşlıq, xüsusilə də mədəniyyət sahəsində əməkdaşlıq məsələlərini müzakirə etməliyik”.
 
Rusiyalı deputat rəhbərlik etdiyi komitənin Azərbaycanla dostluq münasibətlərinin olduğunu vurğulayıb: “Mən komitə sədri kimi bu münasibətləri dəstəkləmək və hərtərəfli inkişaf etdirmək üçün səylər göstərirəm. Bizim komitə bunda maraqlıdır. Azərbaycanla birgə parlamentlərarası iclasdan başqa, il ərzində ayrıca işgüzar görüş də keçiriləcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Milli Məclisdə büdcə müzakirələri davam edəcək
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info