Xalik Məmmədov: “SOCAR-da insan resurslarının idarə edilməsi sahəsində dəyişikliklərə ehtiyac var”
Tarix: 27.01.2017 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


SOCAR-ın qarşısına qoyulmuş hədəflərin dəf olunması üçün insan resurslarının idarə edilməsi sahəsində dəyişikliklərə ehtiyac var.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə şirkətin baş ofisində kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun iştirakı ilə Qeyri-Hökumət Təşkilatları rəhbərləri ilə insan resurslarının idarə edilməsinə dair keçirilən görüşdə danışılıb.
Şirkətin İnsan Resursları Departamentinin (İRD) rəisi Asif Bəkirli 2016-cı il ərzində SOCAR-ın insan resurslarının idarə edilməsi ilə bağlı fəaliyyətini əks etdirən geniş təqdimatla çıxış edib. Təqdimatda SOCAR-ın tabeliyində olan idarə və müəssisələrdə təhsil, təlim və karyera imkanları, bu istiqamətdə həyata keçirilən layihələr, vətəndaşların qəbulu, işçilərlə əlaqələr və başqa sahələr üzrə statistik göstəricilər diqqətə çatdırılıb.
Qeyd olunub ki, 2016-cı ildə əməkdaşların 5 min 17 nəfəri başqa işə keçirilib, 1017 nəfəri isə işə yeni qəbul edilib. SOCAR üzrə Tarif-İxtisas Komissiyalarına 1630 nəfər müraciət edib, onlardan 1400-nün iddiası təmin olunub ki, bu da qəbul edilmiş ərizələrin 80 faizinin həll edilməsi deməkdir. SOCAR-da işə qəbul prosesinin mövcud əmək qanunvericiliyinə və şirkətdaxili standart və qaydalara əsasən, müsabiqə yolu ilə həyata keçirildiyi, müsabiqələrin İRD tərəfindən təşkil edildiyi və aidiyyəti sahə mütəxəssislərinin iştirakı ilə aparıldığı qeyd olunub.
Məlumat verilib ki, 2016-cı ildə SOCAR-da elan edilmiş 1244 vakansiya üzrə müraciət etmiş 72 min 567 nəfərdən 642 nəfər işə qəbul olunub, 246 nəfər isə kadr ehtiyat bazasına alınıb. Bununla yanaşı İRD tərəfindən işçilər arasında mütəmadi olaraq məmnunluq sorğusu da keçirilir ki, bu yolla hər bir əməkdaş tərəfindən tutduğu vəzifənin qənaətbəxşliyi qiymətləndirilir. İl ərzində İRD tərəfindən motivasiya və effektivliyin artırılması məqsədilə həm işçilər, həm də təşkilat rəhbərləri üçün müvafiq kurslar təşkil olunub. Təqdimatda SOCAR-ın Xarici və Daxili Təqaüd Proqramları, Yay məktəbi, Ödənişli yay təcrübəsi proqramları, eləcə də neft sənayesi üçün peşəkar fəhlə kadrlarının hazırlanması üçün təlim mərkəzlərinin fəaliyyəti haqqında məlumat verilib.
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti X.Məmmədov şirkətdə həyata keçirilən kadr siyasəti, müxtəlif layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, şirkət üçün insan faktoru mühüm amildir. X.Məmmədov deyib ki, SOCAR-ın qarşısına qoyulmuş hədəflərin dəf olunması üçün insan resurslarının idarə edilməsi sahəsində dəyişikliklərə ehtiyac var.
Nəzərə çatdırılıb ki, Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında əvəzsiz xidmətləri olan SOCAR müntəzəm olaraq birgə fəaliyyət göstərdiyi beynəlxalq məsləhətçi şirkətlərlə insan resurslarının idarə edilməsi sahəsində proqramlar icra edir və bu da daha effektiv nəticələr əldə etmək, proseslərin şəffaflığını daha da artırmaq üçün əlavə imkanlar yaradır.
Görüşdə iştirak edən QHT rəhbərlərindən “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov və başqaları çıxış edərək SOCAR-ın həyata keçirdiyi layihə və proqramlardan söz açıb, vətəndaş cəmiyyəti ilə əlaqələrini müsbət qiymətləndirib, QHT ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində təkliflər veriblər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info