Sadələşdirilmiş vergi üzrə sabit verginin ödənilməsi haqqında ilk patent təqdim edilib
Tarix: 27.01.2017 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Bu gün Vergilər Nazirliyi yanında Bakı şəhər Kiçik Sahibkarlıqla iş Departamentində vergi öhdəliklərini aylıq sabit vergi şəklində ödəyəcək bir qrup vergi ödəyicisinə sadələşdirilmiş vergi üzrə sabit verginin ödənilməsi haqqında qəbzin (patentin) təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib.
 
Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış və 2017-ci ilin yanvar ayının 1-dən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun milli vergi qanunvericiliyində bir sıra mühüm yeniliklərin tətbiqini nəzərdə tutur ki, onlardan biri də fərdi əməklə məşğul olan şəxslərlə bağlıdır. Onun sözlərinə görə, belə şəxslər vergi öhdəliklərini aylıq sabit vergi şəklində ödəyəcəklər.
 
Sabit verginin ödənilməsi ilə bağlı təqdimatla çıxış edən Ə.Məmmədov bildirib ki, sabit vergi  fərdi şəkildə fəaliyyət göstərən fiziki şəxsin gəlirindən və dövriyyəsindən asılı olmayaraq ödədiyi dəyişilməz vergi məbləğidir:  "Belə şəxslər kiçik həcmdə gəlirlərə malik, muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərdir. Bunlara toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik, fərdi foto, audio-video xidmətləri, çəkməçi, pinəçi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və naqqaşlıq emalatxanalarının fəaliyyəti və sair bu qəbildən olan  işlərlə məşğul olan şəxslər aiddir".
 
Qeyd edək ki, sabit verginin ödəyiciləri öz vergi öhdəliklərini sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz almaqla yerinə yetirəcəklər. Bu şəxslərin vergi orqanına hər hansı bəyannamə təqdim etməsi artıq nəzərdə tutulmur.
 
Bildirilib ki, sadələşdirilmiş verginin bu qəbildən olan ödəyiciləri üçün sabit vergi mexanizminin tətbiqi fərdi qaydada fəaliyyət göstərən aşağı gəlirli fiziki şəxslərin vergi və inzibati yükünün azaldılmasına, eyni zamanda məşğulluq sahəsində uçot sisteminin dürüstlüyünün təmin edilməsinə  xidmət edir.
 
Təqdimatda  həmçinin  aylıq sabit verginin məbləği, fəaliyyət göstərilən ərazi üzrə tətbiq olunan əmsallar, sabit verginin ödəyicilərinin qeydiyyat alınması prosedurları, sabit vergi üzrə qəbz almadan fəaliyyət göstərdikdə və nağd pul hesablaşmalarının aparılması qaydalarını pozduqda tətbiq olunan maliyyə sanksiyasının məbləğləri haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, sabit verginin ödəyicisi olan fiziki şəxs, vergi orqanında uçota alınmayıbsa, qeydiyyatda olduğu ərazinin vergi orqanına müraciət etməli və VÖEN almalıdır. Bundan başqa fiziki şəxs fəaliyyətə başlayanadək vergi orqanından “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”i almalıdır. Bu zaman verginin ödənilməsini təsdiq edən ödəniş sənədi müraciətə əlavə edilməlidir. Qəbz yazılı müraciət edildikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.
 
Vergi ödəyicilərinin nəzərinə çatdırılıb ki, göstərdikləri işə (xidmətə) görə nağd pul hesablaşmaları apararkən alıcılara ciddi hesabat blankı olan ödənişi təsdiq edən qəbz təqdim etməlidirlər.
 
Tədbirin sonunda sabit verginin ilk ödəyicilərinə qəbz formaları təqdim edilib
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
CASCFEN sonuncu seminarını Sabunçu rayonunda keçirib
18.06.2019
“Azərxalça”nın Qazax, Tovuz və Şəmkir filiallarının xalçaları qəbul edilib
18.06.2019
Şamaxıda müharibə veteranlarının və əlillərin toplantısı olub
18.06.2019
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
18.06.2019
“Diplomatiya Akademiyası” layihəsi çərçivəsində ilk görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info