Sədərək rayonunda təşkil olunan şahmat turnirinin qalibləri müəyyənləşib
Tarix: 27.01.2017 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının Sədərək Rayon Şahmat Məktəbində 2 Fevral - Gənclər Günü münasibətilə məktəblilər arasında keçirilən şahmat turnirində 32 nəfər yeniyetmə və gənc zəka sahibi qüvvəsini sınayıb.
AZƏRTAC xəbər verir ki, Sədərək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə reallaşan turnirin açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev gəncləri bayram münasibətilə təbrik edib. O, Gənclər Gününün mahiyyətindən danışaraq gənclərimizə dövlət səviyyəsində daim diqqət və qayğı göstərildiyini qeyd edib. Etibar Əliyev gənclərin idman yarışlarına kütləvi şəkildə cəlb edilməsinin onların sağlam ruhda böyümələri üçün ən vacib amillərdən biri olduğunu deyib.
Sonra yarışa start verilib.
Olimpiya sistemi ilə keçirilən turnirin yekun nəticələrə görə turnirdə oğlanlar arasında I, II, III yerləri müvafiq olaraq Sədərək kənd 1 saylı tam orta məktəbinin şagirdləri Gökhan Hüseynov, Yasin Səlimzadə və Murad Səlimli, qızlar arasında I yeri Sədərək kənd 1 nömrəli tam orta məktəbinin şagirdi Nurgül Qurbanova, II yeri Sədərək kənd 2 nömrəli tam orta məktəbinin şagirdi Zeynəb Cəlilova, III yeri isə Sədərək kənd 1 nömrəli tam orta məktəbinin şagirdi Ərkinaz Əhmədova tutub.
Qaliblərə turnirin təşkilatçıları tərəfindən diplomlar təqdim olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info