Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam Ermənistanda çaşqınlıq yaradıb (Yenilənib)
Tarix: 28.01.2017 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Prezidentin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamı işğalçı ölkədə çox geniş səs-küy yaradıb. Açıq və qəzəbli şəkildə qeyd olunur ki, Serj Sərkisyan cəfəngləri, rəsmi İrəvanın uydurduğu yalanlar daha erməni xalqı tərəfindən qəbul olunmur. Prezidentin imzaladığı sərəncamdan sonra sosial şəbəkələrdə paylaşılan statuslardan və verilən şərhlərdən qənaətə gəlmək olar ki, Ermənistanda ümumi əhvali-ruhiyyə kifayət qədər pessimistdir. Belə görünür ki, cəmiyyət Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından, bununla bağlı Ermənistanın üzləşdiyi çoxsaylı problemlərdən daha çox narazılıq bildirir. Artıq ermənilər həm hərbi, həm də diplomatiya cəbhəsində Azərbaycana daha böyük fərqlə uduzmağın gerçəkliyini anlamağa başlayıblar.

Henrix Aşotyan:
“Belə davam etsə, Xankəndi, Şuşa, Kəlbəcər üçün də belə sərəncamlar gözləniləndir”
Karen Mkrtçyan adlı “Facebook” istifadəçisi “Nə vaxta qədər belə davam edəcək? Bu gün Cocuq Mərcanlıya, sabah isə Şuşaya” başlıqlı status paylaşıb. Digər istifadəçi Arut Xaçatryan adlı bir nəfər “Twitter”də belə bir paylaşım edib: “Biz hələ də anlaya bilmirik ki, İlham Əliyevin fəaliyyətindən niyə Serj Sərkisyan nəticələr çıxara bilmir? Azərbaycan torpaqları geri qaytarır, bizdə isə geri dönən yalnız əsgərlərimizin cənazəsidir. S.Sərkisyan Ermənistanı məhvə aparır”. Henrix Aşotyan adlı biri isə “Facebook”da Prezidentin imzaladığı sərəncamla bağlı paylaşılan statusa belə bir şərh yazıb: “Açıq reallıq budur. Aprel döyüşlərində İlham Əliyev Serj Sərkisyana yüksək peşəkarlığın necə olduğunu göstərdi. Bizim prezident bəs nə etdi? Seyrçi mövqeyində qaldı. Azərbaycan Prezidenti bu gün Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam imzalayır. Belə davam etsə, Stepanakert (Xankəndi), Şuşa, Kəlbəcər üçün də belə sərəncamlar gözləniləndir”. Robert Şaqinyan adlı biri isə “Twitter”də yazıb: “Ötən il azərbaycanlıların aprel hücumundan sonra qorxu hələ də canımızdadır. İlham Əliyev Azərbaycan üçün lazımi addımlar atır, ərazilərin qaytarılması ilə bağlı işlər görür. Cocuq Mərcanlı kəndi buna nümunədir. Bəs Serj nə edir?”. Karine Baqratyan adlı biri isə “VKontakte” sosial şəbəkəsində erməni iqtidarına qarşı etirazını bildirib: “İlham Əliyevin Azərbaycan üçün nələr etdiyi göz qabağındadır. Ermənistan rəhbərliyi isə yalnız öz maraqlarını güdür, onlar üçün dövlətin və xalqın mənafeləri yoxdur. Aprel məğlubiyyətindən sonra Sərkisyan hansı üzlə xalqın qarşısına çıxır? Hələ İlham Əliyevin imzaladığı məlum sərəncamı demirəm. Bəs sabah Azərbaycan əsgəri Yerevana girsə, nə edəcəyik?”. Edvard Şahnazaryan “Facebook”da paylaşdığı statusda bildirib ki, xalqın hakimiyyətə inamı artıq tamam tükənib və atdığı bütün addımlar vətəndaşlar tərəfindən birmənalı şəkildə rədd edilir: “İlham Əliyev bir kəndin bərpası üçün xüsusi sərəncam imzalayır, cəbhə bölgəsinə səfərlər edərək Ali Baş Komandan olduğunu nümayiş etdirir. Serj Sərkiysan, Ermənistan üçün nə etmisən? Xalqın yoxsullaşmasında və gənclərin cəbhədə səbəbsiz ölümündə birbaşa təqsirkarsan. Buradan əsgər valideynlərindən xahiş edirəm. Hakimiyyətin yeritdiyi yarıtmaz siyasətə qarşı çıxın, övladlarınızın boş yerə, Serj Sarkisyan rejiminin maraqları naminə qurban getməsinə mane olun, etiraz edin”. Ovik Karapetyan adlı birinin “Twitter”dəki paylaşımı isə daha çox bəyənmə toplayıb: “Azərbaycan Prezidenti Cocuq Mərcanlını geri qaytarıb, sabah Şuşanı da götürəcək. Biz müharibədən sonra təlaş içərisində yaşayırıq. Sərkisyan iqtidarından təngə gəlmişik”.

Vaaqan Xaçatryan:
“Ermənistan uğursuzluğa
düçar olmuş ölkədir”

Göründüyü kimi, ermənilər Prezidentin imzaladığı sərəncamdan sonra bərk təşviş içindədirlər. Onlar ölkələrinin nə qədər miskin vəziyyətdə olmasına diqqət ayırırlar. Erməni ekspert Vaaqan Xaçatryan bildirib ki, Ermənistan investisiya cəlb etmək baxımından heç bir əhəmiyyət kəsb etməyən dövlətdir. “Aysor.am” yazır ki, Xaçatryan Rusiya kapitalının belə bir ölkəyə daxil olmasının mümkünsüz olduğunu bildirib: “Heç bir ağıllı iş adamı Ermənistana investisiya yatırmaz. Ermənistan uğursuzluğa düçar olmuş ölkədir. Hökumətin iqtisadi artımla bağlı vədləri real deyil. Bizim hökumətin peşəkar yanaşması yoxdur. Ölkədə iqtisadi vəziyyət, demək olar ki, hər gün pisləşir. Ermənistan son 3 il ərzində çox pis vəziyyətə düşüb - dövlət borcu artıb, maaşlar və pensiyalar artmadığından alıcılıq qabiliyyəti proqnozlaşdırılmır. Belə vəziyyətdə deyirlər ki, investisiya üçün müvafiq vəziyyət yaradılır. Bağışlayın, siz hansı investisiyadan danışırsınız”.

“Cocuq Mərcanlıda istədiyimiz infrastrukturu qursaq Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan ermənilər haqlı olaraq özlərinə sual verəcəklər ki, axı biz niyə belə yaşamırıq?”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bəyan edib ki, Cocuq Mərcanlı kəndinə qayıdış Ermənistan hakimiyyətinə və cəmiyyətinə ciddi bir mesajdır: “Əgər biz Cocuq Mərcanlıda istədiyimiz infrastrukturu qursaq, insanlar üçün bütün lazımi şəraiti yaratsaq, Ermənistan, işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan ermənilər haqlı olaraq özlərinə sual verəcəklər ki, axı biz niyə belə yaşamırıq? Cocuq Mərcanlı kəndində məskunlaşmanın belə bir əhəmiyyəti var. Düşünürəm ki, bu uğurlu gedişdir. Ermənistanda həm də ona görə vahiməyə düşüblər ki, Azərbaycan bununla kifayətlənməyəcək. Bu, ilk addımdır. Nə vaxta qədər Ermənistan ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonları qaytarmayacaq, cəbhə bölgəsində gərginlik qalacaq və biz daim işğalçını təzyiq altında saxlayacağıq”. E. Şahinoğlu onu da vurğulayıb ki, Azərbaycan Prezidentinin imzaladığı sərəncam gözlənilən idi: “Prezidentin imzaladığı sərəncam çox uğurlu addımdır. Bu, əslində bizim Dağlıq Qarabağa qayıdışımızın bir nümunəsidir. Ayrılan vəsaiti faydalı istifadə etmək lazımdır. Həm də torpaqlar qayıtsa, guya məcburi köçkünlər öz yurd-yuvalarına geri qayıtmayacaq kimi müəyyən şayiələr yayılırdı. Amma Cocuq Mərcanlı sakinlərinin hamısının öz kəndlərinə qayıtmaq istəyi bu şayiənin üstündən böyük xətt çəkdi”.

“Düşmən buna görə çox narahatdır”
Hərbi ekspert Üzeyir Cəfərov APA-ya açıqlamasında qeyd edib ki, Prezidentin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncam çox mühüm siyasi və mənəvi əhəmiyyətə malikdir: “Düşmən buna görə çox narahatdır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə yaşayışın bərpası ilə bağlı addımları Ermənistanda çox böyük çaşqınlıq yaradıb. Ermənilər artıq bu tikinti-quruculuq işlərinin Şuşada, Xankəndində aparıla biləcəyini etiraf edirlər. Azərbaycan Prezidenti Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncamla bir daha açıq şəkildə bəyan etdi ki, heç bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Artıq Cocuq Mərcanlıda minalardan təmizləmə işlərinə başlanıb. Apreldə o ərazilərdə qazandığımız uğurun nəticəsi kimi vətəndaşlarımız əsgərlərimizin yanına qayıtmaqla, əsgərlərimiz özlərini arxayın hiss edəcək, həm də onların məsuliyyəti daha da artacaq”.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info