“Vahid aylıq müavinətin birbaşa ödənilməsi bizim üçün çox sərfəlidir”
Tarix: 28.01.2017 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində son illər davamlı tədbirlər həyata keçirilir, fərman və sərəncamlar imzalanır.
Prezidentin 2017-ci il yanvarın 23-də imzaladığı məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman dövlət başçısının bu kateqoriyadan olan insanlara qayğısının daha bir bariz nümunəsidir. Vahid aylıq müavinətin birbaşa kartla məcburi köçkünlərə ödənilməsi Şəki rayonunun “Yeni Çələbixan” məcburi köçkün qəsəbəsi sakinləri tərəfindən də razılıqla qarşılanıb. 2012-ci ildə istifadəyə verilən qəsəbədə Ağdam, Laçın, Kəlbəcər, Şuşa, Xocalı və Cəbrayıl rayonlarından 423 ailə məskunlaşıb. Qəsəbədə məskunlaşan Ağdam rayonundan olan məcburi köçkün Təvəkkül Bəşirov AZƏRTAC-a müsahibəsində deyib: “Ailəmlə birlikdə 5 ildir burada yaşayıram. Bizim üçün hər cür şərait yaradılıb, daimi işığımız, qazımız var. Prezidentimizin vahid aylıq müavinətin müəyyən edilməsi ilə bağlı imzaladığı Fərman bizim üçün daha əlverişli və sərfəlidir. Artıq hər bir ailə ay ərzində nə qədər elektrik enerjisi, təbii qaz işlətdiyini biləcək, israfçılığın qarşısı alınacaq. Kommunal xidmətlərdən qənaətlə istifadə edərək, qalan vəsaiti digər ehtiyaclarımıza yönəldə biləcəyik”.




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
“Allahşükür Paşazadə Azərbaycandakı tolerant mühiti beynəlxalq aləmdə tanıdır”
22.08.2019
Əliməmməd Nuriyev: “Beynəlxalq Şəffaflıq Təşkilatı dərhal və qətiyyətli şəkildə bu avantürist təşəbbüsün qarşısını almalıdır”
22.08.2019
“Din və etiqad azadlığının qorunması üçün tədbirlər görülməlidir”
21.08.2019
“Xalqımıza qarşı xarici təbliğata və təsirlərə qarşı vahid cəbhədə birləşmək vacibdir”
21.08.2019
‘‘Orta Şәrqdәki problemlәrin hәll edilmәsi üçün yeni tәkliflәrә ehtiyac var’’

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info