Tramp Rusiyaya qarşı sanksiyaların ləğvi barədə fərman hazırlayıb
Tarix: 28.01.2017 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


ABŞ prezidentinin bu gün telefon vasitəsilə Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Rusiya prezidenti Vladimir Putinlə danışacağı gözlənilir

Bu gün Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trumpın ilk telefon danışığının baş tutacağı gözlənilir. Prezidentlərin ilk telefon danışığı zamanı Vaşinqtonun Rusiyaya qarşı tətbiq etdiyi qadağaların aradan qaldırılması məsələsi müzakirə ediləcək.
“Atlantic Council” analitik mərkəzin elmi əməkdaşı Fabris Potye özünün şəxsi “Twitter” səhifəsində rəsmi qaynaqlara istinadən yazıb ki, Tramp administrasiyası Rusiyaya qarşı qadağaların aradan götürülməsi üçün fərman hazırlayıb. Qeyd edək ki, Rusiyaya qarşı qüvvədə olan qadağaların aradan qaldırılması ilə bağlı fərman hazırlandığını “Politico”nun əməkdaşı Susan Glasser də təsdiqləyib. Jurnalist xanım da özünün “Twitter” səhifəsində rəsmi qaynaqlara istinadən yazıb ki, “sanksiyalar birtərəfli şəkildə aradan qalxacaq”. Məsələyə münasibət açıqlayan “Reuters” agentliyi də yazır ki, Trampla Putin arasında gözlənilən telefon danışığı ölkələr arasında əlaqələrin istiləşməsinə səbəb olacaq. Öz növbəsində Amerika administrasiyası rəhbərliyinə istinad edən CNBC qeyd edir ki, Trampın Rusiyaya tətbiq edilən qadağaları ləğv ehtimalı yüksəkdir. Ağ Evin mətbuat katibi Şon Spayser dünən bildirib ki, Donald Tramp yanvarın 28-də telefon vasitəsilə Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Rusiya prezidenti Vladimir Putinlə danışacaq. ABŞ Prezidentinin müşaviri Kelliann Konuey CBS telekanalına müsahibəsində Donald Trampın telefon danışığı zamanı Vladimir Putinlə “radikal İslam terrorizminə” qarşı mübarizəni, həmçinin bir sıra digər məsələləri müzakirə edəcəyini deyib. Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov da Vladimir Putin və Donald Tramp arasında şənbə günü telefon danışığı olacağını təsdiqləyib. Onun sözlərinə görə, prezidentlər ikitərəfli münasibətlərin mövcud vəziyyəti ilə bağlı əsas parametrlər üzrə fikir mübadiləsi aparacaqlar. Xatırladaq ki, Donald Tramp “Fox News”a verdiyi müsahibədə bildirmişdi ki, Putinlə telefonla danışmaq niyyətindədir: “Putin mənə, prezident seçkilərində əldə etdiyim qələbədən sonra zəng etmişdi. Biz həmin ərəfədə çox danışmadıq və mən belə düşünürəm ki, tezliklə həmsöhbət olacağıq”. Tramp həmin müsahibəsində demişdi ki, iki ölkə arasında münasibətlərin yaxşılaşmasından həm Moskva, həm də Vaşinqton xeyir götürəcək: “Mən Putini yaxşı tanımıram. Lakin ümid edirəm ki, biz Moskva ilə anlaşsaq, bu, həm Rusiya, həm də bizim üçün yaxşı olar. Belə olan halda, birlikdə “İŞİD”-i sarsıda bilərik”. Xatırladaq ki, 2014-cü ildə Ukraynada yaranan vəziyyətlə əlaqədar Rusiya və Qərb arasında münasibətlər korlanıb. Avropa İttifaqı ölkələri, ABŞ və Kanada əvvəlcə fiziki şəxslərə qarşı fərdi sanksiyalar tətbiq etsə də, sonradan iqtisadiyyatın bütöv sahələrini əhatə edən sektoral məhdudlaşdırıcı tədbirlər həyata keçirilib. Buna cavab olaraq Rusiya da sanksiyalara qoşulan ölkələrdən ərzaq məhsullarının idxalını məhdudlaşdırıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info