Gürcülər mövqelərini dəyişirlər
Tarix: 28.01.2017 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


“Maestro” teleşirkəti açıq efirdə Gürcüstanın NATO-ya daxil olması ilə bağlı sorğu keçirib. Şok nəticə- teleauditoriyanın 92 faizi alyansa inteqrasiyanın əleyhinə olub”

Donald Trapmın ABŞ prezidenti seçilməsnin təsirləri dünya üzrə yavaş-yavaş özünü göstərməyə başlayır. Ekspertlər hesab edir ki, zaman keçdikcə bir çox şey dəyişəcək. Xarici siyasət sahəsində gözlənilən mümkün dəyişikliklər bir çox regionlarda və ölkələr daxilində güc nisbətlərini də dəyişəcək.
NATO və Avropaya inteqrasiya kursu götürən qonşu Gürcüstanda vəziyyət dəyişməyə başlayıb. Şok effekti verən son siyasi hadisələr və açıqlamalar Gürcüstanın daxili siyasi həyatında təsirini qısa zaman ərzində göstərməyə başlayıb. Gürcüstan QHT sektoru bu təsiri ilk “qəbul” edənlər sırasındadır. QHT-lərin demək olar ki, 99 faizi Qərbdən maliyyələşib. “Qızılgül inqilabı”ndan əvvəl və sonra ABŞ-ın USAID və NED təşkilatlarından qrantlar alan QHT-lər Trampın seçki kampaniyası zamanı səsləndirdiyi fikirlər və prezident kimi ilk addımlarından sonra şokdadır. Bir neçə gün əvvəl “Maestro” teleşirkəti açıq efirdə Gürcüstanın NATO-ya daxil olması ilə bağlı sorğu keçirib. Şokun ilk göstəriciləri - teleauditoriyanın 92 faizi alyansa inteqrasiyanın əleyhinə olub. Bu elə bir vaxtda baş verir ki, bəzi gürcü siyasətçilər ölkənin dəyişəcək konstitusiyasına avroatlantik kursla bağlı ayrı bölmə daxil edilməsini təklif edir. Rus seriallarının tez-tez yayımlandığı “Masetro”nun sorğusunun nəticələri qərbpərəst gürcülər tərəfindən sosial şəbəkələrdə tənqid olunub və kanal Moskvaya işləməkdə ittiham edilib. Amma bir məsələ də var ki, kanalın açıq efirdə keçirdiyi sorğuda ruslar deyil, Gürcüstan vətəndaşları iştirak edib. Gürcüstanın keçmiş hakimiyyətinə məxsus olan “Rustavi-2” kanalı açıq efirdə cavab sorğusu təşkil edə bilər. Amma hələ də bunu etmir.

QHT rəhbəri Qiya Paçuriya: “Gürcüstanda çoxları üçün hər şey bitdi. Qrantlar, səfərlər, xarici seminarlar… Gürcü QHT-lər bunu necə yaşayacaq -hələlik bəlli deyil. Bütün halda belə görünür ki, Gürcüstanda yeni dövr başlayıb. Artıq qərbyönümlü sektorun fəaliyyəti başa çatır”

“Konstitusiyanı müdafiə ittifaqı” adlı QHT-nin rəhbəri Qiya Paçuriya bildirib ki, hələ Saakaşvilinin hakimiyyətdə olduğu illərdə belə, ölkədə keçirilən sorğularda əhalinin əksəriyyəti Rusiya ilə dialoq aparılmasına tərəfdar olub. Gürcülərə daha bir şoku Fransa prezidenti olması gözlənilən Fransua Fiyon yaşadıb. Fransada keçiriləcək seçkilərdə ən güclü namizəd olan Fiyon efirdə bəyan edib ki, Ukrayna və Gürcüstanın NATO və Avropa İttifaqına can atması “böyük məsuliyyətsizilkdir”. Paçuriyanın bu bəyanata münasibəti maraqlıdır: “Gürcüstanda çoxları üçün hər şey bitdi. Qrantlar, səfərlər, xarici seminarlar… Gürcü QHT-lər bunu necə yaşayacaq -hələlik bəlli deyil. Bütün halda belə görünür ki, Gürcüstanda yeni dövr başlayıb. Artıq qərbyönümlü sektorun fəaliyyəti başa çatır. “Milli hərəkat”, “Azad demokratlar”, Respublika partiyası çöküb, “qeyri-hökumət sektoru” isə əsas sponsorunu itirib. Gürcüstan yeni dövrə uyğunlaşmalı, əsl müstəqilliyə öyrəşməlidir. Yaşamalı və Moskva-İrəvan, Bakı-Ankara çarpaz güc sektorlarına konsentrasiya olmalıdır. Oktyabr ayında yerli orqanlara seçkilər keçiriləcək. Parlament çoxluğuna sahib olan “Gürcü arzusu” çətin ki, yerli orqanlarda üstünlüyü əldən versin. Üstəlik onların “vuruşması” üçün kimsə qalmayıb. Seçki kampaniyası öz kölgələri ilə mübarizə ilə keçəcək. “Üçüncü yolu” göstərən hər hansı partiyanın meydana çıxması az ehtimal olunur- əgər, bunu İvanişvili özü yaratmasa”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib
23.04.2019
Özbəkistan, Türkiyə və Pakistanın birgə hərbi təlimi başlayıb
23.04.2019
“Eurasianet”: “Ermənistanda iqtisadi artım hələ də aşağı səviyyədədir”
23.04.2019
Paşinyan sürücüsünün qohumunu gömrük direktoru təyin edib
23.04.2019
Ermənistandakı Rusiya bazasının təyyarələri yeniləri ilə əvəzlənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info