Əsəd Kiani: “ASAN Viza”dan məmnunuq”
Tarix: 28.01.2017 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


“Onlarla sənəd yığıb, baha qiymətə viza almaqdan canımız qurtardı. Cəmi 2 günə, 20 dollar ödəməklə vizanı aldıq”

Bildiyimiz kimi, Azərbaycana gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsinə başlanılıb. Ölkəmizə gəlmək istəyənlər arasında Azərbaycan vətəndaşı olmayan xaricdəki soydaşlarımız da çoxluq təşkil edir. Ümumilikdə Azərbaycana gəlmək istəyənlər üçün vizaların verilməsinin asanlaşdırılması insanlarda məmnunluq yaradıb. Bütün bunlar da ölkəmizə turist axınına böyük yol açacaq.
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu məsələni xüsusi vurğulayıb: “ASAN Viza”nın fəaliyyəti nəticəsində ölkəmizə gələcək turistlərin sayı bundan sonra da artacaq. 2016-cı ildə biz bu istiqamətdə dönüş yarada bildik. Ümumiyyətlə, turistlərin axını dünyada mövcud olan iqtisadi durumla bağlıdır. Əgər vəziyyət yaxşıdırsa, daha çox insanlar xarici ölkələrə turist kimi gedirlər. Ancaq bu gün dünyada, dünyanın, demək olar ki, bütün bölgələrində iqtisadi böhran yaşanır. Buna baxmayaraq, 2016-cı ildə ölkəmizə gələn turistlərin sayı 11 faiz artmışdır və əminəm ki, bu il daha da artacaq”.
Dövlət başçısı hesab edir ki, 2017-ci il turizmlə bağlı daha da uğurlu olacaq: “Baxmayaraq ki, bu il turistlərın sayı 11 faiz artıb. Ancaq görülən tədbirlər nəticəsində əminəm ki, bu il daha da çox turist gələcək. Burada, əlbəttə ki, bir neçə amil var. İlk növbədə ölkəmizə gəlmək üçün indi heç bir problem yoxdur. Bütün süni əngəllər aradan götürüldü və burada məruzə edildi. “ASAN Viza” və digər xidmətlər vasitəsilə turistlər Azərbaycana maneəsiz gələcək. Bu, ölkə iqtisadiyyatına çox böyük dəstək olacaq. Həm Bakıda, həm bölgələrdə böyük canlanma olacaqdır. Bizim turizm infrastrukturu da buna hazır olmalıdır. Yenə də sahibkarlar, bax, bu amili nəzərə alsınlar”.
Ölkəmizdə turizmin inkişafı ilə bağlı silsilə tədbirlər çərçivəsində “ASAN Viza” sistemi tətbiq edilib. Elektron vizaların alınması üçün “evisa.gov.az” portalından istifadə edilir. Portalın operatoru funksiyasını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaslara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirir. Portal vasitəsilə müraciət edənlər 3 addımda (müraciət et, ödəniş et və e-visanı yüklə) e-visa ala bilər. Ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizanın alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin birbaşa portal vasitəsilə müraciət etməsi mümkündür. Elektron vizalar 3 iş günü ərzində verilir. Bunun üçün müraciətlər birnəfərlik, ailə (ən az 2, ən çox 10 nəfər) və qrup (ən az 10, ən çox 300 nəfər) olmaqla edilə bilər. E-visa alınması üçün zəruri olan məlumatlar bilavasitə sistemə daxil edilir. Elekton vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş rüsum sistem vasitəsilə elektron qaydada ödənilir. Elekton viza, müraciət etmiş şəxsin elektron ünvanına göndərilir. Qeyd edək ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanın alınması üçün Azərbaycan Respublikasına planlaşdırılan gəlmə tarixindən ən azı 3 iş gün əvvəl müraciət etməlidirlər. Dövlət rüsumu ödənildikdən sonra müraciətin qəbul edilməsi barədə bildiriş sistem tərəfindən müraciət edən şəxsin elektron ünvanına və istifadəçi ekranına göndərilir. Elekton viza üçün dövlət rüsumu 20 dollar təşkil edir. Bu rüsum viza müraciətinə baxılması üçün tələb olunur və heç bir halda geri qaytarılmır. Elektron viza müraciətlərinin emal edilməsi məqsədilə 3 ABŞ dolları məbləğində xidmət haqqı tutulur. Bu məbləğ elektron viza üçün 20 ABŞ dolları məbləğində dövlət rüsumundan əlavə ödənilir. Ödəmə əməliyyatlarının ancaq “Visa” və “Mastercard” üzərindən aparılması mümkündür. Qeyd etdiyimiz kimi, “ASAN Viza” sisteminin tətbiqi Azərbaycana gəlmək istəyənlər tərəfindən yüksək qiymətləndirilib. Xüsusən, sosial şəbəkələrdə aktiv diaspor üzvləri “ASAN Viza” ilə bağlı paylaşmalar edib öz sevinclərini bölüşürlər. İsveçin Stokholm şəhərində yaşayan və Azərbaycanla daima əlaqəsi olan İsveç vətəndaşı Əsəd Kiani, demək olar ki, “ASAN Viza” alan ilk soydaşlarımızdandır. Əsəd Kiani xarici vətəndaş olaraq vizanın belə tez və sadə yolla alınmasından məmnunluğunu “Palitra”ya açıqlayıb: “Biz inanılmaz dərəcədə “ASAN Viza” xidmətindən razıyıq. Onlarla sənəd yığıb baha qiymətə viza almaqdan canımız qurtardı. Cəmi 2 günə, 20 dollar ödəməklə vizanı aldıq”. Əsəd Kianinin dediyinə görə, bu yolla alınan viza əvvəllər səfirlikdən, daha sonra isə “Commet” şirkətindən aldığı viza üslubundan hər cəhətdən fərqlənir: “Belə ki, elektron vizanı almaq həm vaxta qənaət edir, həm blankı doldurmaq olduqca sadələşdirilib, həm də qiyməti sərfəlidir. Bu isə Azərbaycana gəlmək istəyən həm turistlərə, həm də Azərbaycanla uzunmüddətli bağları olan şəxslərə böyük imkanlar yaradacaq”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Sabahın hava proqnozu açıqlanıb
25.08.2019
Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib
24.08.2019
İmişlinin bostan sahələrindən 2 min 500 ton məhsul yığılıb
24.08.2019
Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir
24.08.2019
40 dərəcə isti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info