“Hər 11 işdən biri turizmlə bağlıdır”
Tarix: 28.01.2017 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Turizm iqtisadiyyata və məşğulluğa müsbət təsir göstərir

Turizmin inkişafında əsas rol oynayan amillərdən biri də onun təbliğatıdır. Bu gün dünyada “mövsümsüz gəlir” adlandırılan bu sektoru ölkəmizdə daha da inkişaf etdirmək üçün vasitələrdən biri də məhz təbliğatdır. Ötən il turistlərin sayının 11 faiz artdığını deyən ölkə başçısı bildirib ki, 2017-ci il turizmlə bağlı daha da uğurlu olacaq: “Ancaq görülən tədbirlər nəticəsində, əminəm ki, bu il daha da çox turist gələcək. Burada, əlbəttə ki, bir neçə amil var. İlk növbədə ölkəmizə gəlmək üçün indi heç bir problem yoxdur. Bizim turizm infrastrukturu da buna hazır olmalıdır”.
Ölkə başçısı tərəfindən imzalanan “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində də ölkəmizin təbliği önəmli yet tutur. Burada qeyd edilir ki, Bakı şəhərinin turizm potensialına xüsusi diqqət yetirməklə, eləcə də bu istiqamətdə müvafiq marketinq siyasəti həyata keçirməklə, turistlərin sayı və onların orta qalma müddəti artırıla bilər. Bununla əlaqədar olaraq, Büro ayrılmış maliyyə vəsaitindən istifadə edərək onlayn marketinq tədbirlərinin həyata keçirilməsi, televiziya reklamlarının yerləşdirilməsi, turizm sərgilərində iştirak və digər vasitələrlə hədəf kimi müəyyənləşdirilmiş şəhərlərdə Bakı şəhərinin təbliğat-təşviqat tədbirlərini həyata keçirəcək. Göstərilir ki, təbliğat-təşviqat tədbirlərinin dəstəklənməsi üçün daha fərqli marketinq kanalları tələb ediləcək. Büro televiziya kanallarına, baner reklamlarına (“outdoor campaign”), beynəlxalq sərgilərə, hədəf bazarlarda təqdimatların keçirilməsinə, xarici jurnalistlər və turizm sənayesi nümayəndələri üçün tanışlıq səfərlərinin təşkilinə, hədəf bazarlarda rəqəmsal marketinq və sosial şəbəkə tədbirlərinə, həmçinin məşhur televiziya şoularına üstünlük verəcək.

“Bu gün dünyada 1 milyarddan artıq insan səyahət edir ki, bu bir inqilabdır və qarşısı alına bilməz”
Bu gün bir faktdır ki, turizmin inkişaf etdiyi dünya ölkələrinin təbliğat vasitələrindən biri də məhz xarici ölkələrdəki sərgilərdə təmsil olunmasıdır. Xarici sərgilərdə təmsil olunan hər bir ölkə reklam məhsullarını təqdim etməklə turistlərdə maraq oyadaraq onları öz ölkəsinə cəlb etməyə çalışır.
Artıq bir neçə gündür Türkiyənin İstanbul şəhərində "EMİTT 2017" beynəlxalq turizm sərgisi keçirilir. 29 yanvara qədər davam edəcək sərgini 140 min nəfərin ziyarət edəcəyi gözlənilir. Sərginin açılışında çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı bildirib ki, 1950-ci illərdə dünyada 25 milyon olan turist sayı bu gün 1 milyard 200 mindən artıqdır. Bu rəqəm yaxın zamanlarda 2 milyarddan artıq olacaq. “EMİTT 2017”, sadəcə, Türkiyə turizminə deyil, dünya turizminə müsbət təsir göstərəcək. Dünya Turizm Təşkilatının rəhbəri Taleb Rifai isə bildirib ki, turizm artıq bir həyat tərzinə çevrilib: “Bu gün dünyada 1 milyarddan artıq insan səyahət edir ki, bu, bir inqilabdır və qarşısı alına bilməz. Turizm bütün dünya iqtisadiyyatına, məşğulluğa böyük təsir göstərir. Hər 11 işdən biri turizmlə bağlıdır. Bu gün bir çox ölkədə turizm böyük yara alıb. Bu isə ölkə iqtisadiyyatına, məşğulluğa öz təsirini göstərir”.

Azərbaycan on beşinci dəfədir ki, “EMİTT” beynəlxalq turizm sərgisində iştirak edir
Türkiyənin İstanbul şəhərində keçirilən "EMİTT 2017" beynəlxalq turizm sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi də təmsil olunur. Ölkəmizi nazirliklə yanaşı, Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyi olan “Gateway” şirkəti, “Bakı Turizm İnformasiya Mərkəzi”, “Ritm Travel”, “The Tour”, “Dərviş Travel”, “Millenium Tourism”, “Viacaucasus”, “Aristokrat”, “Flame Tour”, “Avtoqraf collection” turizm şirkətləri, “Duzdağ”, “Rigs Hotel” mehmanxanaları və “İteca Caspian” şirkəti təmsil edir. Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 78 kv.m stend quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub. 2003-cü ildən başlayaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on beşinci dəfədir ki, “EMİTT” beynəlxalq turizm sərgisində iştirak edir. Həmçinin sərgi çərçivəsində Azərbaycan və Türkiyənin turizm sənayesinin nümayəndələrinin iştirakı ilə işgüzar görüş (B2B) keçirilib. Açılış mərasimində stendimizi Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı, İstanbul şəhərinin valisi Vasip Şahin və bir sıra digər rəsmi şəxslər də ziyarət edib.

“Potensial turist göndərəcək ölkələrdə turizm sərgisi keçirmək lazımdır”

Ümumiyyətlə, xarici ölkələrdə təşkil olunan beynəlxalq sərgilərdə təmsil olunmanın vacib olduğunu deyən Azərbaycan Turizm və Menecment Universitetinin dosenti Bahadur Bilalovun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi hər il müxtəlif ölkələrdə keçirilən 25-ə yaxın turizm sərgi və yarmarkalarında iştirak edir və həmin tədbirlərdə ölkədə fəaliyyət göstərən turizm şirkətləri və hotellərin, istirahət mərkəzlərinin də iştirakını təmin edir: “Ölkənin turizm potensialının tanıtımı, ölkəyə turistlərin cəlb edilməsi baxımından bu, müsbət hadisədir. Lakin ölkə başçısının da qeyd etdiyi kimi, bu yetərli deyil. Fikrimcə, ölkəyə turist göndərə biləcək ölkələr müəyyənləşdirilməli, həmin ölkələrdə gecə-gündüz Azərbaycanın turizm potensialı təbliğ edilməlidir. Bu ölkələrdə, hətta Azərbaycan turizm sərgisinin keçirilməsinin də səmərəli olacağını düşünürəm”. Mütəxəssisin fikrincə, ölkəmiz başqa ölkələrdə keçirilən turizm sərgilərində təmsil olunur. Lakin ölkəyə potensial turist göndərəcək ölkələr müəyyən edilməlidir və bundan sonra isə orada ayrıca turizm sərgisi keçirmək olar: “Türkiyə bu formadan istifadə edir. Məsələn, Rusiyada Türkiyənin turizm sərgisi keçirilir. Misirdə “ərəb baharı” inqilabı olmadan əvvəl Türkiyə və Misir Rusiya bazarında iki aydan bir sərgi keçirirdi. Turizmin inkişafı üçün sərgilərin təşkili çox vacibdir”.
Hazırda Türkiyədə ölkəmizi təmsil edən sərgi iştirakçılarından biri, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevin sözlərinə görə, “EMITT 2017” İstanbul sərgisinin ilk günü çox səmərəli olub: “Xüsusilə də Türkiyə və Azərbaycan nümayəndələri üçün çox uğurlu oldu. Turizm sektoru təmsilçiləri Türkiyə və Azərbaycan arasında sağlıq turizmi, ekoloji turizm, qarşılıqlı mədəniyyət, macəra və digər alternativ turizm növlərinin daha da inkişaf etdirilməsi ilə bağlı danışıqlar apardılar”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info