Dünya azərbaycanlıları haqqında kitab Yaponiyada təqdim edilib
Tarix: 30.01.2017 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


Yanvar ayının 27-də Yaponiyanın paytaxtı Tokio şəhərinin Otaku bölgəsində yerləşən məktəbdə Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının prezidenti Əlibəy Məmmədov tərəfindən Azərbaycanla bağlı növbəti seminar keçirilib. Seminarda ümumilikdə 120 məktəbli və 10 müəllim iştirak edib.
Seminarda diaspora rəhbəri Azərbaycanın qədim tarixi ənənələri, mədəniyyəti, müasir siyasi həyatı ilə bağlı geniş məlumat verib.
Seminar zamanı “Tərəqqi” medalı ilə təltif edilmiş araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin müəllifi olduğu “Dünya Azərbaycanlılarının Palitrası” kitabının təqdimatı olub.
Ə. Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini əldə etmiş cavan respublika olmasına baxmayaraq, burada yaşayan xalqların, millətlərin çox qədim tarixi ənənələri, mədəniyyəti vardır. Azərbaycanlıların tarixi təkcə respublikanın sərhədləri ilə məhdudlaşmır. Azərbaycanlılar müxtəlif tarixi hadisələr səbəbilə zaman-zaman digər regionlara, ölkələrə yol açmış, yerli insanlara qaynayıb qarışıblar. Bu gün məhz həmin insanlar dünyada Azərbaycan diasporunun yaşamasında əvəzsiz pay sahibləridirlər. Yaşadıqları ölkələrin mədəniyyətlərinə dərindən bələd olan həmvətənlərimizin hər birində əsl azərbaycanlı ürəyi vardır. Və bu döyünən ürək onları vətən üçün durmadan çalışmağa sövq edir.
Ə. Məmmədov qeyd edib ki, kitabda Azərbaycan diasporu bir növ simvolik olaraq zaman-zaman milyonlarla hissələrə bölünmüş və dünyaya səpələnmiş vahid bədənin ürəyi kimi ifadə olunur.
Kitabda dünyanın əksər ölkələrində fəaliyyət göstərən azərbaycanlı vətən aşiqlərinin fəaliyyətləri haqqında məlumatların yer aldığını qeyd edən diaspor rəhbərimiz onu da vurğulayıb ki, hazırda dünyada tək dövlət səviyyəsində deyil, həm də ayrı-ayrı diaspor təşkilatları formasında xalq üçün, millət üçün, dövlətçilik və müstəqillik üçün çalışmağa böyük ehtiyac vardır: “Hazırda bu işin öhdəsindən ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatları uğurla gəlməkdədirlər. Ümumiyyətlə, əgər bir insan öz ölkəsinin hüdudlarından kənara çıxırsa, o avtomatik olaraq öz ölkəsinin simasına, güzgüsünə çevrilir. Diaspor isə bir ailədir. Hansı ki, onları zərrə qədər bir-birindən fərqləndirmək doğru olmazdı. Onların hər biri vahid bir vətən, vahid bir ölkə, vahid bir ürək olan Azərbaycan üçün çalışırlar”.
Seminarda kitabla və Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Şagirdlərdən bir çoxu gələcəkdə Azərbaycan diasporu ilə yaxından işləmək, eyni zamanda Azərbaycana gedib Yaponiyanın diaspor fəaliyyəti ilə məşğul olmaq fikirlərinə düşdüklərini ifadə ediblər. Seminarda Azərbaycanla yanaşı, Cənubi Koreya, İndoneziya və Serbiyadan olan fəallar da öz ölkələrinin təqdimatını həyata keçiriblər. Sonda məktəbin idarə heyəti və şagirdlərlə xatirə şəkli çəkilib.

Fuad







 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info