Skandinaviya ölkələrində təhsil alanlar Bakıda bir araya gəliblər
Tarix: 30.01.2017 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


“Skandinaviya Əməkdaşlığı” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Skandinaviya Məzunlar Assosiasiyası Skandinaviya ölkələrinin universitetlərinin məzunları və hazırda təhsil alanlar Bakıda bir araya gəldilər.
“Məzunlar şəbəkəsi” adlı tədbirdə çıxış edən Assosiasiyanın sədri Turan Süleymanov təşkilatın fəaliyyətindən və gələcək layihələrdən danışdı. Bildirdi ki, əsas məqsəd Skandinaviya ölkələrində təhsil alanların və məzunların Azərbaycanın inkişafına töhfə verməsi, cəmiyyətin tərəqqisinə yönələn müxtəlif fəaliyyətlərin dəstəklənməsində onların potensialından səmərəli istifadə olunması, eləcə də Azərbaycan ilə Skandinaviya ölkələri arasında çoxtərəfli əlaqələrin gücləndirilməsində daha yaxından iştirakının təmin edilməsidir. Təşkilat Azərbaycan ilə Skandinaviya ölkələri arasında ictimai-mədəni əlaqələrin inkişafına böyük önəm verir. Bu məqsədə çatmaq üçün məzunlar arasında əlaqələrin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev respublikamızda gənclərə göstərilən dövlət qayğısından, onların xaricdə təhsilinin təşkilindən, Azərbaycanın dünyada təbliği istiqamətində xarici ölkələrdə təhsilini başa vuran məzunların gördüyü işlərdən söhbət açdı.
Norveçin Azərbaycandakı səfiri Bard İvar Svendsen, İsveçin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Tomas Danestad, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Vüsalə Niftəliyevə və digərləri çıxışlarında assosiasiyanın fəaliyyətini yüksək qiymətləndirərək, təşkilatın üzvlərinə uğurlar arzuladılar.

Fuad






 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər
19.03.2019
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətlərilə təmin ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info